Icma.az
close
up
RU
Uçuşdan əvvəli nələri etmək olmaz?

Uçuşdan əvvəli nələri etmək olmaz?

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illərdir stüardessa işləyən Lianna Koy hava səyahətləri zamanı sərnişinlərin ən çox yol verdiyi səhvləri açıqlayıb. Onun sözlərinə görə, bəzi yanlış addımlar yalnız narahatlıq yaratmır, hətta uçuşun qaçırılmasına səbəb ola bilər.
Demokrat.az
xəbər verir ki, stüardessanın “Business Insider”ə verdiyi məlumata görə, sərnişinlərin yol verdiyi əsas səhvlərdən biri hava limanına son anda gəlməkdir. O, daxili reyslər üçün təxminən iki saat, beynəlxalq uçuşlar üçün isə üç saat əvvəl hava limanında olmağı tövsiyə edir.
Gözlənilməz növbələr, təhlükəsizlik yoxlamalarının uzanması, avtomobil dayanacağında yer tapmaqda çətinlik və ya minik qapısının dəyişdirilməsi uçuşa gecikməyə səbəb ola bilər. Stüardessa həmçinin qeyd edib ki, təyyarəyə minmə uçuş vaxtından təxminən 15 dəqiqə əvvəl başa çatır və qapılar bağlandıqdan sonra sərnişin üçün yenidən açılmaya bilər.
Uçuşdan əvvəl çox spirtli içki qəbul etməyin
Stüardessa sərnişinlərə uçuşdan əvvəl həddindən artıq spirtli içki qəbul etməməyi də məsləhət görüb. Sərxoş sərnişinlər ekipajın göstərişlərinə əməl etməkdə çətinlik çəkə, aqressiv davrana və fövqəladə vəziyyət zamanı təhlükə yarada bilərlər.
Onun sözlərinə görə, ekipaj sərnişinin sərxoş olduğundan şübhələnərsə, məsələ aviaşirkətin məsul əməkdaşları tərəfindən qiymətləndirilir və zərurət yaranarsa, həmin şəxs reysə buraxılmır.
Gecikmiş reysi tərk edib evə qayıtmayın
Digər səhv ciddi gecikmə zamanı hava limanını tərk etməkdir. Stüardessa bildirib ki, reyslərin gecikmə müddəti sonradan azala və uçuş planlaşdırıldığından daha tez həyata keçirilə bilər.
Bu səbəbdən sərnişinlər gecikmə elan edildikdən sonra hava limanından uzaqlaşmamalı, minik qapısına vaxtında çatmağa imkan verəcək məsafədə qalmalıdırlar.
Oturacağı əvvəlcədən seçin
Birlikdə səyahət edən şəxslərlə yanaşı oturmaq istəyən sərnişinlərə yerlərini əvvəlcədən seçmək tövsiyə olunur. Eyni bron çərçivəsində bilet almaq belə yanaşı oturmağa zəmanət vermir.
Stüardessa özü də sərnişin kimi uçarkən oturacağını əvvəlcədən seçdiyini deyib. Onun sözlərinə görə, qısa uçuşlarda pəncərə kənarında, uzun reyslərdə isə dəhliz tərəfdə oturmaq daha rahatdır.
Oturacağınızı dezinfeksiya edin
Stüardessanın diqqət çəkdiyi digər məsələ təyyarədə oturacağın təmizliyidir. Onun sözlərinə görə, reyslər arasındakı qısa müddət səbəbindən salonun təmizlənməsi hər zaman hərtərəfli aparılmaya bilər.
Bu səbəbdən sərnişinlərə, xüsusilə açılan masaları və əllə tez-tez toxunulan səthləri dezinfeksiyaedici salfetlərlə təmizləmək məsləhət görülür.
Stüardessa həmçinin turistləri xarici ölkələrdə lisenziyasız bələdçilərdən ehtiyatlı olmağa çağırıb. Ekskursiya və giriş biletlərini rəsmi saytlardan, muzeylərin kassalarından və ya akkreditə olunmuş xidmət təminatçılarından almaq tövsiyə olunur.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri