Icma.az
close
up
RU
Uçuşu idarə edən şəxs etiraf elədi “Təyyarə Qroznıya enə bilərdi, amma...”

Uçuşu idarə edən şəxs etiraf elədi “Təyyarə Qroznıya enə bilərdi, amma...”

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasının yeni təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə VÇQ-OQPU Teleqram kanalı məlumat yayıb.

Kanal bildirir ki, əvvəlcə elektron döyüş texnikası ilə “kor” edilib, ardınca Çeçenistan səmasında hava hücumundan müdafiə vasitəsilə vurulub:

“Məlum olub ki, faciə zamanı təyyarəni idarə edən dispetçer Ramzan Kadırovun sevimli klubu “Terek”in (indiki “Axmat”) keçmiş futbolçusu Əli İdrisovdur. O, dünən axşam dindirilib. İdrisov əmin edir ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və “Xalça” planı (“Kovyor”) barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb”.

Məlumatda deyilir ki, dünən axşam saatlarında müstəntiqlər Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər:

“Qroznı səmasında baş vermiş hava insidentinə dair ifadəni (hələ şahid statusundadır) Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin uğursuz enişini koordinasiya edən dispetçer Əli İdrisov verib”.

Çeka-NQPU bildirir ki, İdrisov PUA hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edir. İddiaya görə, o, hadisə baş verənədək, olayı “quş sürüsü ilə toqquşma” kimi qiymətləndirib.

Kanalın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlayl Bakanayev də dindirilib:

“Bakanayev əmin edir ki, bütün sistemlər işlək vəziyyətdə olub və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.

Hava limanına yaxınlaşarkən təyyarə GPS sensorlarından, rabitədən gələn siqnalı itirib və pilotlar hava gəmisini demək olar ki, kor-koranə idarə etməli olublar”.

“Xalça” planının tətbiqi barədə qərar artıq gec olanda alınıb. Bunu Bakanayev də təsdiqləyib.

Bəs "Xalça" (“Kovyor”) planı nə deməkdir?

“Rusiya Federasiyasının hava məkanından istifadə üzrə federal qaydaların təsdiq edilməsi haqqında” hökumət fərmanı havada fövqəladə və müstəsna hallarda “Kovyor” planının (siqnalının) tətbiqini nəzərdə tutur. Bu, havadakı təyyarələrin belə bir rejimin əhatə dairəsindən dərhal enməsi və ya çıxması tələbi deməkdir.

Rusiya qanunvericiliyinə görə, "Xalça" planı 3 halda tətbiq edilir:

Rusiyanın dövlət sərhədini hava yolu ilə qanunsuz keçmə; hücum edən təyyarəyə qarşı silah və ya hərbi texnikanın (məsələn, hərbi təyyarələrin) istifadəsi; səmada naməlum uçan obyektin və digər maddi obyektlərin (məsələn, PUA-lar) görünüşü.

"Xalça" planının tələblərini pozan təyyarələr vurula bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 30 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri