Ucuz kosmetikanın arxasındakı həqiqət: Gözəllik, yoxsa xəstəlik?
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son vaxtlar sosial şəbəkələrdə və şəhər küçələrində bir-iki manata satılan kosmetik vasitələr alıcıların diqqətini çəkir.
Amma bu məhsulların tərkibi, istehsal və saxlama şəraiti naməlumdur. Çox zaman belə məhsullar qeydiyyatsızdır, yəni sertifikat və keyfiyyət sənədi olmadan satışa çıxarılır, bəzən qablaşdırmada istehsal tarixi belə göstərilmir.
Dermatoloq Miryusif Əliyev bildirib ki, mənşəyi bəlli olmayan, ucuz kosmetik vasitələrin istifadəsi ciddi dəri problemlərinə yol aça bilər. Onun sözlərinə görə, belə məhsullar üzdə səpgilərin, ləkələrin yaranmasına səbəb olur və bu problemlərin müalicəsi, adətən, uzun çəkir:
"Mənşəyi məlum olmayan kosmetik vasitələr dərinin qidalanmasını pozur, bərpa prosesi isə daha çox zaman alır. Buna görə də istifadə edilən kosmetik məhsulların Səhiyyə Nazirliyi tərəfindən sertifikatının olmasına diqqət edilməlidir. Kosmetikada tanınmış və etibarlı brendlərə üstünlük verilməlidir".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ucuz kosmetikanın arxasındakı həqiqət: Gözəllik, yoxsa xəstəlik?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















