Icma.az
close
up
RU
Ucuz torpaq sahələri satışa çıxarıldı QİYMƏTLƏR

Ucuz torpaq sahələri satışa çıxarıldı QİYMƏTLƏR

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bələdiyyə torpaqlarının satışı və uzunmüddətli icarəyə verilməsi ilə bağlı növbəti hərracın tarixi açıqlanıb.

BAKU.WS-in məlumatına görə, torpaq müsabiqələri və hərracları 12 avqustda keçiriləcək.

Bu dəfə ölkənin müxtəlif rayonlarını əhatə edən ümumilikdə 29 torpaq sahəsi hərraca çıxarılıb. Torpaq sahələri əsasən kənd təsərrüfatı fəaliyyəti, heyvandarlıq, bağçılıq, fərdi yaşayış evi tikintisi və sahibkarlıq məqsədləri üçün nəzərdə tutulub.

Hərraca çıxarılan torpaqlar Xızı, Siyəzən, Zərdab, Goranboy, Şabran, Xaçmaz, Cəlilabad, Yardımlı, Qobustan, Qax və Balakən rayonlarını əhatə edir.

Ən böyük torpaq sahəsi Xızı rayonunun Sitalçay kəndində yerləşən 110 hektarlıq örüş sahəsidir. Bu ərazi 15 il müddətinə heyvandarlıq məqsədilə icarəyə veriləcək. İlkin hərrac qiyməti isə 5 940 manat müəyyən edilib.

Hərracda fərdi yaşayış evi tikintisi üçün də bir neçə torpaq sahəsi satışa çıxarılıb. Belə ki, Xaçmaz rayonunun Nağıoba kəndində 430 və 1200 kvadratmetrlik, Nərəcan bələdiyyəsinin Qıraqlı kəndində isə 547 kvadratmetrlik yaşayış təyinatlı torpaq sahələri alıcılara təqdim olunacaq.

Bundan başqa, Goranboy rayonunun Borsunlu kəndində yerləşən 30 kvadratmetrlik sahibkarlıq təyinatlı torpaq sahəsi də satışa çıxarılıb. Onun ilkin qiyməti 1800 manat təşkil edir.

Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün əkin və örüş sahələri 5 və 15 il müddətinə icarəyə təklif olunur. Bu torpaqların böyük hissəsi heyvandarlıq, əkinçilik və bağçılıq fəaliyyəti üçün nəzərdə tutulub.

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər torpaq sahələri ilə bağlı ətraflı məlumatı müvafiq Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrindən və ya torpaq bələdiyyəyə məxsusdursa, həmin bələdiyyələrdən əldə edə bilərlər.

Ərazi Qurum Əməliyyat Sahə Təyinat İlkin qiymət (AZN) Xızı, Şorabad Giləzi Bələdiyyəsi 15 illik icarə 3 ha Heyvandarlıq 162 Xızı, Sitalçay Giləzi Bələdiyyəsi 15 illik icarə 110 ha Heyvandarlıq 5 940 Siyəzən, Tuğay Yenikənd Bələdiyyəsi 15 illik icarə 5 000 kv.m Kənd təsərrüfatı istehsalı 55 Zərdab, Bıçaqçı Bıçaqçı Bələdiyyəsi 15 illik icarə 2 ha Kənd təsərrüfatı istehsalı 300 Zərdab, Bıçaqçı Bıçaqçı Bələdiyyəsi 15 illik icarə 1,3 ha Kənd təsərrüfatı istehsalı 195 Zərdab, İsaqbağı Dəkkəoba Bələdiyyəsi 15 illik icarə 1 ha Heyvandarlıq 130 Goranboy, Borsunlu Borsunlu Bələdiyyəsi Satış 30 kv.m Sahibkarlıq 1 800 Şabran, Pirəmsən Gəndov Bələdiyyəsi 15 illik icarə 3 ha Heyvandarlıq 360 Şabran, Rəhimli Rəhimli Bələdiyyəsi 15 illik icarə 1,94 ha Kənd təsərrüfatı istehsalı 194 Xaçmaz, Dədəli Qusarçay Bələdiyyəsi 15 illik icarə 3,9 ha Kənd təsərrüfatı istehsalı 487 Xaçmaz, Sibiroba Qusarçay Bələdiyyəsi 15 illik icarə 4 ha Kənd təsərrüfatı istehsalı 500 Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 430 kv.m Fərdi yaşayış evi 2 266 Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 324 Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 324 Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 324 Xaçmaz, Nağıoba Qusarçay Bələdiyyəsi Satış 1 200 kv.m Fərdi yaşayış evi 6 328 Xaçmaz, Qıraqlı Nərəcan Bələdiyyəsi Satış 547 kv.m Fərdi yaşayış evi 3 610 Xaçmaz, Meçitoba Nərəcan Bələdiyyəsi 15 illik icarə 7 000 kv.m Kənd təsərrüfatı istehsalı 140 Xaçmaz, Yataqoba Nərəcan Bələdiyyəsi 15 illik icarə 1,43 ha Kənd təsərrüfatı istehsalı 286 Cəlilabad, Seyidbazar Cəlilabad Bələdiyyəsi 15 illik icarə 1,34 ha Kənd təsərrüfatı istehsalı 382 Yardımlı, Gilar Şəfəqli Bələdiyyəsi Satış 521 kv.m Fərdi yaşayış evi 2 100 Qobustan, Bəklə Cəyirli Bələdiyyəsi 15 illik icarə 2,67 ha Kənd təsərrüfatı istehsalı 267 Qobustan, Bəklə Cəyirli Bələdiyyəsi 15 illik icarə 2,6 ha Kənd təsərrüfatı istehsalı 260 Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 7,76 ha Kənd təsərrüfatı istehsalı 1 552 Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 1,95 ha Kənd təsərrüfatı istehsalı 390 Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 1,63 ha Kənd təsərrüfatı istehsalı 326 Qax, Uzuntala Qaxbaş Bələdiyyəsi 5 illik icarə 4,30 ha Kənd təsərrüfatı istehsalı 860 Balakən, Püştətala Kortala Bələdiyyəsi 15 illik icarə 8 000 kv.m Bağçılıq 240 Balakən, Püştətala Kortala Bələdiyyəsi 15 illik icarə 4 100 kv.m Bağçılıq 123
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 İyul 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri