Icma.az
close
up
RU
Ucuz sığorta həmişə sərfəlidirmi?

Ucuz sığorta həmişə sərfəlidirmi?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Sığorta barədə yanlış təsəvvürlər və məlumat azlığı insanları çox zaman yalnız qiymətə baxaraq seçim etməyə vadar edir. Halbuki ucuz görünən sığorta, zərər zamanı gözlənilən təminatı vermədikdə daha ciddi maliyyə itkilərinə səbəb ola bilər. Bu müsahibədə İlahə Ümidli ilə ucuz sığorta anlayışının arxasında gizlənən risklərdən, qiymət və təminat balansının əhəmiyyətindən danışırıq.

- İlahə xanım, ucuz sığorta seçimi həmişə sərfəli və doğru seçimdir?

- Ucuz sığorta çox zaman qənaət kimi təqdim olunur, amma əksər hallarda bu, yalnız qiymətə baxılan seçim olur. Anderrayter kimi deyə bilərəm ki, risk düzgün qiymətləndirilmədikdə və təminatlar daraldıldıqda, sığorta əsas funksiyasını itirir. Tədqiqatçı kimi müşahidə edirəm ki, əhali sığortanı çox vaxt riskin ötürülməsi mexanizmi kimi deyil, sadəcə kağız üzərində bir sənəd kimi qəbul edir. Halbuki real qənaət sığorta haqqını azaltmaqla yox, zərər zamanı gözlənilən təminatı ala bilməklə ölçülür və bu baş vermədikdə ucuz sığorta sonradan daha baha başa gələ bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, ucuz sığorta hər zaman yanlış seçim demək deyil. Ola bilər ki, sığorta haqqı aşağı olan bir məhsulun təminatları düzgün qurulub. Lakin bu halda əsas məsələ təkcə məhsulun şərtləri deyil, onu təqdim edən sığorta şirkətinin etibarlılığıdır. Bildirim ki, eyni təminatlar fərqli şirkətlər tərəfindən fərqli keyfiyyətdə icra oluna bilər. Buna görə də seçim zamanı sığorta şirkətinin maliyyə dayanıqlılığına, bazardakı davranışına və xüsusilə Mərkəzi Bankın açıqladığı şikayət indeksinə diqqət yetirmək vacibdir. Müəllim kimi vurğulayıram ki, düzgün sığorta seçimi yalnız “ucuzdur” anlayışına yox, etibarlı və ödəniş qabiliyyəti olan şirkətə əsaslanmalıdır.

- Qiyməti aşağı olan sığortada ən çox hansı təminatlar zəif olur?

- Qiyməti aşağı olan sığortalarda adətən zəiflik əsas təminatların özündən çox, onların icra mexanizmində olur. Yəni sənəddə bütün təminatlar göstərilə bilər, amma limitlər aşağı, istisnalar geniş, azadolma məbləği isə yüksək olur. Anderrayter kimi deyə bilərəm ki, bəzi hallarda sığorta şirkəti kağız üzərində geniş təminat vəd edə bilər, lakin zərər zamanı bu təminatların real icrası çətinləşir. Burada əsas məsələ təminatın olub-olmaması yox, onun nə dərəcədə ödənilə bilən və davamlı olmasıdır.

Ucuz sığortada əsas risk çox vaxt məhsuldan yox, onu təqdim edən şirkətin maliyyə davamlılığından və etibarlılığından qaynaqlanır. Eyni təminatı iki fərqli şirkət eyni keyfiyyətdə yerinə yetirməyə bilər. Ona görə də sığorta seçərkən yalnız təminat siyahısına deyil, şirkətin maliyyə vəziyyətinə, bazardakı davranışına və rəsmi göstəricilərinə diqqət yetirmək vacibdir.

- Əhali sığorta alarkən qiymətə baxır, yoxsa nəyi itirə biləcəyini düşünür?

- Bilirsiz ümumiyyətlə insan sığorta və ya digər məhsulları alarkən ilk baxdığı şey qiymətdir. Bu, təbii olaraq insanlarda qənaət hissi yaradır. Lakin dönə-dönə vurğulayıram ki, düzgün seçim qiymət yox, zərər zamanı nə itirilə biləcəyini və sığorta şirkətinin bunu nə dərəcədə icra edə biləcəyini nəzərə almaqdır.

Bəzən ucuz sığorta sənəddə geniş təminat vəd edə bilər, amma real ödəniş şirkətin maliyyə davamlılığına bağlıdır. Ona görə də əhali həm qiymətə, həm də təminatın etibarlılığına baxmalıdır.

- Bəs İlahə xanım, ucuz sığorta xidməti sığortaçıya, yoxsa sığortalıya daha çox sərf edir?

- Ucuz sığorta xidməti hər iki tərəf üçün fərqli mənada “sərf” edə bilər. Sığortaçı baxışı ilə deyə bilərik ki, sığortalı ucuz sığorta ilə ilkin olaraq xərclərinə qənaət edir, amma risk düzgün qorunmadıqda zərər zamanı real təminatı ala bilməyə bilər. Digər tərəfdən, sığorta şirkəti ucuz məhsul təklif edərək bazara giriş edə bilər, amma gəlir marjası aşağı olduğundan və risk düzgün qiymətləndirilmədikdə uzunmüddətli maliyyə dayanıqlılığına təsir edə bilər.

Ucuz sığortanın sərfəliliyi yalnız qiymətə deyil, həm də təminatın keyfiyyətinə, şirkətin etibarlılığına və risklərin idarə olunmasına bağlıdır. Yəni bu balans düzgün qorunmasa, “ucuz” seçim həm sığortalıya, həm də sığortaçıya əslində əlavə yük gətirə bilər.

- Bəs qiymət ilə təminat arasında düzgün balans necə qurulmalıdır?

- Qiymət ilə təminat arasında düzgün balans sığortada əsas prinsiplərdən biridir. Bu balans qiymətin aşağı olması ilə təminatın keyfiyyətinin və ödəniş qabiliyyətinin qorunması arasında yaradılmalıdır. Yalnız ucuz görünən məhsulun zəif təminatlarla dolu olması həm sığortalı, həm də sığortaçı üçün risk yaradır. Balansı düzgün qurmaq üçün isə insanlar əvvəlcə risklərini düzgün anlamalı, sığorta şirkətinin maliyyə dayanıqlığını və etibarlılığını qiymətləndirməli, sonra isə sığorta haqqı ilə real təminatı müqayisə etməlidir.

Sığortanın qiyməti, şirkətin etibarlılığı və zərər halında ödənişin təmin edilməsi üçbucağı düzgün balansda olmalıdır. Yalnız bu balans qorunduqda ucuz sığorta da həqiqi qənaət və təminatı təmin edir.

Müəllim və tədqiqatçı: İlahə Ümidli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri