UEFA dan azarkeşlərə Avro 2028 müjdəsi: Qiymətlər artmayacaq
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
UEFA 2028-ci ildə keçiriləcək Avropa çempionatı üçün bilet qiymətlərini artırmamaq qərarına gəlib.
QOL.az xəbər verir ki, "The Athletic" nəşrinin yaydığı məlumata görə, ən əlçatan kateqoriyalarda qiymətlər "Avro-2024" səviyyəsində saxlanılacaq. Belə ki, "Fans First" və üçüncü kateqoriyalı biletlər müvafiq olaraq 26 funt sterlinq (30 avro) və 52 funt sterlinq (60 avro) təşkil edəcək. Bu qiymətlər Almaniyada keçirilən turnirlə eynidir.
Qeyd edək ki, "Avro-2028" 9 iyun - 9 iyul tarixləri arasında İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Avropa çempionatının son qalibi isə İspaniya millisidir. İspanlar 2024-cü ilin finalında Berlində İngiltərəni 2:1 hesabı ilə məğlub edərək titula sahib çıxıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Mart 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















