UEFA nın yeni qaydası futbol ictimaiyyətini iki yerə böldü
Fanat saytına istinadən Icma.az xəbər verir.
UEFA hazırda futbol qaydalarında köklü dəyişiklik edə biləcək yeni bir təklif üzərində çalışır.
Fanat.Az xəbər verir ki, iddialara görə, əgər qapıçı penalti zərbəsini dəf edərsə, oyun davam etməyəcək və qapıdan zərbə təyin olunacaq.
Bu ideya futbol ictimaiyyətində böyük müzakirələr doğurub. Hazırkı qaydalara görə, qapıçı penalti dəf etdikdə və ya top dirəyə dəyib qayıtdıqda epizod davam edir və hücumçu əlavə qolu vurmaq şansı əldə edir. Yeni qayda qəbul olunsa, həmin fürsət ortadan qalxacaq.
UEFA mənbələrinin bildirdiyinə görə, bu addım penaltilərdə ədaləti artırmaq və qapıçıların üstünlüyünü daha da ön plana çıxarmaq məqsədi daşıyır. Qaydanın tətbiqi ilə bağlı hələ rəsmi qərar verilməyib, lakin yaxın aylarda test mərhələsində sınaqdan keçirilməsi gözlənilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















