UEFA prezidenti: Oyunların sayının azaldılması futbolçuların maaşına təsir edəcək
Icma.az, Oxu.az saytına istinadən bildirir.
UEFA prezidenti Aleksander Çeferin futbolçuların sıx oyun qrafiki ilə bağlı narazılığına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, funksioner bu cür etirazların yersiz olduğunu bildirib. Onun sözlərinə görə, oyun sayı azalsa, bu, futbolçuların məvacibinə təsirsiz ötüşməyəcək:
"Futbolçuların müasir qladiator olduqlarını desək, məsələni bir az şişirtmiş olarıq. Oyunçular meydanda hakimlər tərəfindən də qorunur. Hazırda futbolçular daha çox oyun keçirirlər. Lakin "ən çox əziyyət çəkənlər yüksək səviyyədə olanlardır" fikri ilə də razı deyiləm. Mənim ölkəm Sloveniyadan olan futbolçular "Real Madrid"in oyunçuları kimi tez-tez meydana çıxırlar, lakin onlardan 500 dəfə az maaş alırlar. Matçların sayını azaltsaq, klubların gəlirləri aşağı düşəcək. Bu isə futbolçuların maaşına təsir edəcək".
Qeyd edək ki, dəfələrlə tanınmış futbolçular sıx qrafikdə oynamaqla bağlı öz etirazlarını dilə gətiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















