UEFAdan Əliyar Ağayevə növbəti təyinat İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
İdman.biz xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İdman.biz

UEFAdan Əliyar Ağayevə növbəti təyinat
16 Noyabr 2024 11:01
UEFAdan Əliyar Ağayevə təyinat
26 Noyabr 2024 11:01

