Ueyn Runi Ronaldunu sərt tənqid etdi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Portuqaliya yığmasının düşərgəsini icazəsiz tərk edən Kriştianu Ronaldunun davranışına münasibət bildirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, daha sonra baş məşqçi Jorje Jezuşu yalan danışmaqda ittiham edən hücumçunun hərəkətlərini qəbuledilməz hesab edib.
"Mançester Yunayted"də Ronaldunun komanda yoldaşı olmuş Runi 41 yaşlı futbolçunun bu addımını kəskin tənqid edib.
"Ronaldu böyük futbolçudur. Messi Argentina millisindən ayrıldığını elan etdiyi gün o da Portuqaliya millisindən bu şəkildə ayrıldı və həmin bəyanatı yayımladı. Mənim fikrimcə, bu, hər mənada yanlışdır. Onun baş məşqçisinə, komanda yoldaşlarına və federasiyaya bu cür zərər vurması çox yersiz idi. Bütün proses yanlış idi. Bunu izləmək xoş deyildi.
Karyeranın sonu hər bir futbolçu üçün gəlir. Hər şeyin bitəcəyi bir məqam olmalıdır. Kriştianu bununla bacarmır və belə şeyləri izləmək getdikcə narahatlıq yaradır. Mətbuat konfransında məşqçiyə nə deməli olduğunu diktə etmək olmaz. Bu, indiyədək gördüyüm hər şeyin hüdudlarını aşır", - deyə Runi bildirib.
Qeyd edək ki, Ronaldunun Portuqaliya millisinin düşərgəsini tərk etməsi və baş məşqçi ilə bağlı açıqlamaları futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Oktyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















