Leysan, qar və sel gəlir Əhaliyə XƏBƏRDARLIQ!
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Noyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















