Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

UFC: Fərqli döyüş məktəblərinin üz üzə gələcəyi daha bir gecə

UFC: Fərqli döyüş məktəblərinin üz üzə gələcəyi daha bir gecə

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu axşam bizi UFC-də ənənəyə uyğun olaraq, maraqlı döyüşlər gözləyir. Əbu-Dabidə, "Etihad Arena"da mərkəzi hadisə Robert Uittakerlə Raynier de Ridder arasındakı çəkişmə olacaq. Gecənin digər maraqlı qarşıdurmasında isə oktaqona Pyotr Yan və Markus MakGi çıxacaqlar.

Avstraliyanı təmsil edən Robert Uittaker orta çəki döyüşçüsüdür. O, keçmiş UFC çempionudur və hazırda bu dərəcədəki 5 nömrəli yerini qorumağa çalışır. Uittaker öz texniki zərbələri, çevik hərəkətləri ilə tanınır. Təzyiq altında sakit və təmkinlidir, "qəfəs"də 5 raundluq döyüşdə kifayət qədər təcrübəyə malikdir.

Qarşı tərəfdəki Raynier de Ridder Niderlanddandır, əvvəllər "One FC" formatında çempion olub. Hazırda 84 kq çəki dərəcəsində 13 nömrədir, ancaq ilk beşliyə yüksələcəyi günü səbirsizliklə gözləyir. Əsas gücü rəqibini yerə sərmək və boğucu texnikasını işə salmaqdır. Fiziki göstəricilərinə görə uzunboyludur, rəqibləri üzərində nəzarəti və təzyiq vasitələrini saxlamağı bacarır.

Uittakerin üstünlüyü onun sürəti və döyüşdə rəqibini uzaq məsafədə saxlamaq bacarığıdır. Hərəkətli ayaqlarını istifadə etməklə dəfələrlə daha güclü rəqiblərinin qarşısını almağa müvəffəq olub. Di gəl ki, zəif cəhətləri də var. Ən əsası da odur ki, yerdə döyüşdə özünü çox da rahat hiss etmir və güclü "grappler"lərə qarşı daha diqqətli olmalıdır. "Grappling" MMA-da yerdəki döyüşdür ki, bu da əksər hallarda boğucu fəndlərin işə salınması ilə müşayiət olunur.

De Ridderin isə ən güclü tərəfi rəqibini elə yerdə döyüşə çəkmək və onu tam nəzarəti altında saxlamaqdır. Boğucu texnikaları çox sevir və işə salanda, qarşısıalınmaz olur. Amma ayaq üstə Uittaker qədər çevik və sürətli deyil. Bu zəif yeri ona keçiriləcək görüşdə çətinlik yarada bilər.

Bu, müəyyən mənada tərzlər döyüşü olacaq: biri ayaq üstə, digəri yerdə güclü tərəflərini göstərməyə çalışacaq.

Pyotr Yan Rusiyadan olan "bantamweight", yəni yüngül çəki döyüşçüsüdür. O, keçmiş UFC çempionudur və ağıllı, təzyiqli, praqmatik döyüş tərzi ilə tanınır. Yan hazırda 3 nömrəli UFC-də yüngül (61kg) çəki dərəcəsində iddialı döyüşçülərdən biridir. Rəqibə daim yaxın məsafədə təzyiq göstərir, əllərindən çox yaxşı istifadə edir və dözümlü xarakteri var.

Markus MakGi isə ABŞ-li döyüşçüdür və UFC-də yeni olsa da, çox sürətlə yüksəlir. O, hazırda 13-cü sırada yer alan UFC "bantamweight" çəki dərəcəsində daha da yüksək pillələrə namizəddir. Onun vuruş tərzi aqressivdir, ani hücumlar və çevik hərəkətlərlə fərqlənir. Həm ayaq üstə, həm də yerdə təhlükəlidir.

Pyotr Yanın üstünlüyü onun təcrübəsi və rəqibə ardıcıl təzyiqləridir. O, məsafəli döyüşlərdə rahatdır və sakit qalaraq səhvləri anındaca cəzalandıra bilir. Zəif tərəfi odur ki, bəzən gec qızınır və ilk raundları əldən verə bilər.

MakGinin üstünlüyü sürətli hücumları və dəyişkən ritmidir. Rəqibin boşluğunu tez tutur. Karyerasındakı çatışmazlığı odur ki, böyük təcrübəsi olan döyüşçülərlə sınaqdan çıxmayıb.

UFC fərqli döyüş tərzləri və məktəblərin qarşıdurması və yaxud görüş yeri, qarşı-qarşıya gəldiyi nöqtədir. MMA-nı maraqlı və cazibədar edən məhz budur. Bugünkü döyüşlər də istisna deyil. Gecənin əsas kardına çıxacaq idmançılar da MMA-ya fərqli cərəyanlardan gəliblər.

Robert Uittaker əvvəllər karate və hapkido ilə məşğul olub. Daha sonra MMA-ya keçərək, UFC çempionluğunu yaşayıb. Hazırda Avstraliyada, "Gracie Smeaton Grange" zalında məşq edir.

Raynier de Ridder əvvəllər cüdo və Braziliya ciucitsusu ilə məşğul olub. Buradan MMA-ya gəlib və "ONE Championship"də kəmər qazanıb. Vətəni Niderlandda məşq edir.

Pyotr Yan döyüşlərə boks və tayboksla başlayıb. Daha sonra MMA-ya keçdi və UFC-də "bantamweight" çempionu oldu. Üstünlüyü həmvətənimiz Rafael Fiziyev kimi Tailanda verir, buradakı "Tiger Muay Thai" zalında məşq edir.

Markus MakGi isə əvvəl atletika və döyüş fitnesi ilə məşğul olub. MMA-ya keçdikdən sonra UFC səhnəsində ad çıxarıb. Məşq məkanı ABŞ-də "MMA Lab" zalıdır.

Bizi maraqlı döyüş gecəsi gözləyir...

Bünyad Qaraxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri