Ronald Arauxo gələcəyi ilə bağlı hələ qərar verməyib
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cari mövsümdə icarə əsasında "Liverpul"un formasını geyinən "Barselona"nın futbolçusu Ronald Arauxo gələcəyi ilə bağlı hələ qərar verməyib. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" postalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 27 yaşlı uruqvaylının icarə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir və müqavilədə təxminən 55 milyon avro məbləğində, seçim hüququnu özündə ehtiva edən satınalma bəndi mövcuddur.
Arauxo, Andoni Iraolanın rəhbərliyi altında yaxşı təsir bağışlayır. Müdafiəçi cari mövsümdə meydana çıxdığı 15 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib, həmçinin oktyabr ayının ən yaxşı oyunçusu seçilib. İngiltərə klubunun rəhbərliyi və məşqçilər korpusu uruqvaylı futbolçudan razı olsalar da, tələb olunan böyük maliyyə xərclərini nəzərə alaraq, müqavilədəki bəndi aktivləşdirməyə tələsmirlər.
Oyunçunun özü də mövsümün sonuna qədər gözləməyə üstünlük verir. Onun "Barselona" ilə müqaviləsi 2032-ci ilə qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















