Icma.az
close
up
RU
UFC nin sayca 12 ci məzun buraxılışı keçirilib

UFC nin sayca 12 ci məzun buraxılışı keçirilib

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 12-ci məzun buraxılışına həsr olunmuş təntənəli məzun gecəsi keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, diplomatik korpusun nümayəndələri, eləcə də məzunlar və onların valideynləri iştirak ediblər.

Mərasimin fəxri qonaqları sırasında ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland Krallığı, Macarıstan, Çexiya, Mərakeş, Meksika, Kolumbiya, Yunanıstan, Qırğızıstan və Çinin Azərbaycandakı səfirləri və səfirlik nümayəndələri yer alıblar.

Tədbirdə çıxış edən UFC-nin təsisçisi və direktoru, fəlsəfə doktoru Reyhan Hüseynova bildirib ki, son 12 il ərzində UFC yüzlərlə gəncin dünyanın nüfuzlu universitetlərinə qəbul olunmasına və beynəlxalq akademik mühitə uğurlu inteqrasiyasına töhfə verib.

Onun sözlərinə görə, UFC yalnız xaricdə təhsilə hazırlıq mərkəzi deyil, eyni zamanda gənclərin analitik düşüncə, tədqiqat, ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirən beynəlxalq təhsil mərkəzidir.

"Biz hər bir məzunumuzun uğurunu Azərbaycanın uğuru kimi qiymətləndiririk. Məqsədimiz gəncləri sadəcə universitetə qəbul etdirmək deyil, onların qlobal dünyada rəqabət apara bilən, bilikli və məsuliyyətli mütəxəssislər kimi formalaşmasına dəstək olmaqdır", – deyə Reyhan xanım Hüseynova vurğulayıb.

Çıxış zamanı Azərbaycanda təhsil və elm sahəsinə göstərilən dövlət qayğısının gənclər üçün yeni imkanlar yaratdığı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi qeyd olunub. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına və gənclərin hərtərəfli yetişməsinə verdiyi töhfə xüsusi vurğulanıb.

Bu gün qürurla demək olar ki, UFC Azərbaycan Respublikası üçün yüksək ixtisaslı insan kapitalının yetişdirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Mərkəz beynəlxalq standartlara əsaslanan təhsil modeli, peşəkar akademik heyəti və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi vasitəsilə gənclərin dünyanın aparıcı universitetlərinə qəbul olunmasına, onların müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verir.

Qeyd olunub ki, UFC Azərbaycanda Böyük Britaniyanın British Foundation proqramını həyata keçirmək üçün akkreditasiya və lisenziya almış ilk təhsil mərkəzidir. Bildirilib ki, mərkəz fəaliyyətini davamlı olaraq genişləndirərək bu gün Böyük Britaniya, Fransa və Almaniya departamentləri ilə yanaşı, Asiya Departamentini də istifadəyə verib. Yeni departament çərçivəsində tələbələr Yaponiya, Çin və Cənubi Koreyanın aparıcı universitetlərinə qəbul üçün beynəlxalq standartlara uyğun hazırlıq keçəcəklər. Bu addım UFC-nin qlobal təhsil imkanlarını daha da genişləndirərək tələbələrə dünyanın müxtəlif ölkələrində ali təhsil almaq üçün yeni perspektivlər təqdim edir.

Tədbirdə çıxış edən qonaqlar UFC-nin beynəlxalq əməkdaşlıq əlaqələrini, təhsil sahəsində qazandığı uğurları və məzunlarının nailiyyətlərini yüksək qiymətləndirərək, gənclərə gələcək həyat və karyeralarında uğurlar arzulayıblar.

Mərasimin ən yaddaqalan hissəsi məzunlara diplomların təqdim olunması olub. 2026-ci il buraxılışının məzunları Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya, Belçika, Macarıstan, Çexiya, Litva, Birləşmiş Ərəb Əmirlikləri və Çinin aparıcı ali təhsil müəssisələrinə qəbul olublar.

Bu ali təhsil müəssisələri sırasında King's College London, University of Glasgow, Queen Mary University, University of Southampton, University of Surrey, University of York, Newcastle University, New York University, Harvard University, Berkeley University, American University Washington, Emory University, Sorbonne Nouvelle University, KU Leuven, Vrije Universiteit Brussel, Charles University, Prague University of Economics and Business, Brno University of Technology, Masaryk University, Sapienza University of Rome, University of Turin, University of Milan, University of Amsterdam, Erasmus University Rotterdam, IE University Madrid, ESADE University, ADA University, Southwest University, Institut Barcelona d’Estudis Internacionals, Universitat Pompeu Fabra Barcelona, Ningbo University, Tallinn University of Technology, Guangdong University of Finance and Economics və digər nüfuzlu universitetlər yer alır.

On iki il ərzində formalaşdırdığı beynəlxalq təhsil modeli ilə UFC bu gün də Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərinə gedən yolunda etibarlı tərəfdaş olaraq fəaliyyətini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 İyul 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri