Icma.az
close
up
RU
Uğurlarımızın miqyası olduqca genişdir

Uğurlarımızın miqyası olduqca genişdir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Hər bir ölkənin inkişafında iqtisadi faktor əsasdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin vəhdətliyi fonunda qazandığı uğurların miqyası olduqca genişdir. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillərdən, uğurlarımızın təqdimatı olan sosial-iqtisadi göstəricilərdən bəhs etdi. Vurğuladı ki, keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artıb. Bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır.

Qeyri-neft sektoru 6 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur: “Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır”. Cənab İLham Əliyev onu da əlavə etdi ki, bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və bu il, gələn illərdə bu dinamika saxlanılacaq.

Müsahibədə iqtisadi inkişafımızın əsas göstəricilərindən biri kimi 2025-ci ilin dövlət büdcəsinə də diqqət yönəldildi. Belə ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amillər təsdiqləyir ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatıb.
İqtisadi inkişafın digər mühüm göstəricisi əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Əldə edilən bu nəticələr dövlətin həyata keçirdiyi siyasətin mahiyyətini göstərir. “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır. Sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, ilk növbədə, sosial sahə diqqətdə saxlanılır. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu ilin əvvəlindən beşinci sosial paketin icrasına başlanılıb. Prezident İlham Əliyev bu çağırışı etdi ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.
Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş ərazilərimizin bərpasıdır. Bu, özünü dövlət büdcəsindən ayırmalarda da təsdiqləyir. Belə ki, 2025-ci ilin dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 4 milyard manat vəsait ayrılıb. Son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar. Bu il üçün hədəf daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Bu günədək 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq azad edilmiş ərazilərdə 30-dan çox su elektrik stansiyasını işə salınıb, dəmir yolları çəkilib. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Qarabağın cənnətə çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub. Dövlət başçısı İlham Əliyev bildirdi ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq buranı doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevrəcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlanılır. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlanılacaq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur.
Göründüyü kimi, bütün hədəflərə ardıcıllıqla nail olunması ölkəmizin hərtərəfli inkişafında, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməsində özünü təsdiqləyir. Azərbaycan əvəzolunmaz ölkəyə çevrilib.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see424

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see255

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see252

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see239

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see235

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see235

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see234

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see232

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see231

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see230

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see228

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see224

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see217

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see216

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see215

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see212

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see211

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see205

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see197

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri