Icma.az
close
up
RU
Uğursuz Dünya Kuboku planı: UEFA İnfantinoya təzyiqi artırır

Uğursuz Dünya Kuboku planı: UEFA İnfantinoya təzyiqi artırır

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA FIFA prezidenti Canni İnfantinoya təzyiqi artırmaqda davam edir. Buna səbəb İnfantinonun Dünya Kubokunun səhmlərinin satılması planının Avropa futbolunun idarəedici qurumunun narazılığına səbəb olmasıdır.

İdman.Biz xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin FİFA-nın maliyyəsinin tam şəkildə nəzərdən keçirilməsini və qurumun 4,5 milyard funt sterlinqlik pul ehtiyatlarının bölüşdürülməsini tələb edib.

Çeferin FIFA prezidenti Canni İnfantinoya göndərdiyi məktubda dünya futbol qurumunun böyük sərvətindən istifadə etməyi və 211 üzv assosiasiyanın hər birinə 7,5 milyon funt sterlinq ayrılmasını təklif edib.

Bu addımın İnfantinoya təzyiq göstərmək və Dünya Kubokunun səhmlərinin satılması planından sonra FIFA-nın maliyyəsi ilə bağlı aydınlıq əldə etmək məqsədi daşıdığı bildirilir. UEFA İnfantinonun istefa verməsini tələb edir. Qurum eyni zamanda islahat planının FIFA-nın sərəncamında olan vəsaitləri üzə çıxardığını vurğulayır və İnfantinonun vəzifədə qalıb-qalmamasından asılı olmayaraq, üzv assosiasiyaların pulları alacağını bildirir.

“FIFA, əlbəttə ki, maliyyə baxımından güclü olmalı, mövcud öhdəliklərini yerinə yetirməli və müvafiq ehtiyat fondu saxlamalıdır. Bizim təhlilimiz bunu tam nəzərə alır. Lakin FIFA hazırda yığılmış ehtiyatlarında milyardlarla dollar saxlayır.

Bu ehtiyatlar futbola məxsusdur və oyunun, eləcə də onun 211 üzv assosiasiyasının xidmətinə vermək üçün mövcuddur. Ehtiyatlılıq prinsipi bu ehtiyatların FIFA-nın gözlənilən ehtiyaclarını aşan hissəsinin məsuliyyətli şəkildə istifadəsinin mümkünlüyünün diqqətlə araşdırılmasına mane olmamalıdır”, - deyə Çeferin bildirib.

Digər tərəfdən, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel FIFA-nın mövqeyinə qarşı İngiltərə Futbol Assosiasiyasının (FA) mövqeyini dəstəkləyib. FIFA prezidenti mart ayında yenidən seçkidə iştirak etməyi planlaşdırır, lakin FA onu dəstəkləməyəcək.

Tuxel bildirib: “Mən rəhbərlərim tərəfindən necə dəstəkləndiyimi az öncə dedim. Ona görə də edə biləcəyim ən minimum şey rəhbərlərimi dəstəkləməkdir. Beləliklə, onların bu məsələdə tam dəstəyim var və mən onların fikrini dəstəkləyirəm”.

56 yaşlı İnfantino artıq 10 ildir bu vəzifədədir və dördüncü dəfə seçkilərdə qələbə qazanmağı planlaşdırır. Əgər İsveçrə əsilli rəhbər qalib gəlsə, o, 2031-ci ilə qədər vəzifədə olacaq.

UEFA İnfantinoya rəqib ola biləcək namizədin tapılacağına əmindir. Qalib gəlmək üçün həmin şəxs 211 FİFA üzv assosiasiyasından ən azı 106-nın dəstəyini almalıdır.

KONKAKAF prezidenti Viktor Montalyanın ciddi alternativ olduğu bildirilir. Prezidentliyə namizədliklər noyabrın 18-dək təqdim edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Sentyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri