Icma.az
close
up
RU
Uğursuz nümayəndə və fantaziya dünyasında yaşayan kürəkəni Putin necə​ qarşıladısa, elə də yola saldı...​

Uğursuz nümayəndə və fantaziya dünyasında yaşayan kürəkəni Putin necə​ qarşıladısa, elə də yola saldı...​

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Putin öz ampluasına sadiq qaldığını bir daha nümayiş etdirdi. Kreml lideri Trampın xüsusi nümayəndəsini və kürəkənini 3 saat gözlətdikdən sonra qəbul etdi və həmin müddət ərzində mətbuata verdiyi açıqlamalrda Avropanı müharibə ilə hədələdi. ” Avropa müharibə istəyirsə, biz hazırıq, elə bu saat, indi hazırıq”. Düzdür, Rusiya indiki vəziyyətində Avropaya hücum etmək gücündə deyil, amma ən azı qətiyyətlə deyilmiş bəyanat Avropanı da, Ukraynanı da bir daha çəkindirdi. Müharibə anonsunu verib amerikalılarla guya sülh danışığı aparması nə qədər təzadlı görünsə də , Putindən gözlənilən addım idi. Trampın qeyri-ənənəvi diplomatiyadan istifadə edib sülh planını müzakirə etməyə göndərdiyi nümayəndəsini və kürəkənini də Putin gülə-gülə əliboş yola salıb və Kuşnerə qaynatasına səmimi salamlarını çatdırmağı xahiş edib. Trampdan Putinin növbəti saymamazlığına sərt reaksiya gələcəkmi? Gözlənilmir. Növbəti dəfə “yaxşı görüş olub, Putin yaxşı oğlandı, bu Baydenin müharibəsidi...” və sairə adət etdiyimiz cavablardan başqa konkret nəsə gözləmək əbəsdir. Sülhə Uitkoff kimi uğursuz diplomat və ya fantaziya dünyasında yaşayan kürəkən nail ola bilməz. Buna ağıllı insanlar nail ola bilərdi.

Bəs, hədələnən Avropadan necə, ordan da sərt olmasa da, bir cavab gəldimi? Nə vaxt gəlmişdi ki, indi də olaydı. “ Ehtiyatlılıq hər şeydən öndədir” şüarı ilə müharibəni udmaq olmaz”. Dahi Çörçilin bu sözləri sanki Rusiya -Ukrayna müharibəsində Qərbi Avropa ölkələrinin, konkret olaraq NATO-nun tutduğu həddindən artıq ehtiyatlı davranışı üçün deyilib. Ukrayna vuruşur, Avropa isə kömək haqqında bir qərar verənəcən, sonra da o qərarı yerinə yetirənəcən “qarının qapısı bağlanır” məsələsi baş verir, çanaq da Ukraynanın başında çatlayır. Dörd ilə yaxındır müharibə gedir, Ukraynanın müttəfiqləri öz qətiyyətsiz mövqeləri ilə Putinin Avropa sərhədlərinə yaxınlaşacağını dildə etiraf etsələr də, buna imkan verməmək üçün Rusiyaya da, eləcə də ABŞ prezidentinə ciddi təzyiq edə bilmirlər.

​ Avropanın qəbul etdiyi sanksiyaların mahiyyətinə və Rusiyanın bu sanksiyalara reaksiyasına baxanda yada sovet dövrünün bir lətifəsi düşür. “ Şəhərin böyük mağazalarından birinə daxil olan müştərilər müdirin otağından gülüş-qəhqəhə səsləri eşidirlər. Bir-birilərindən soruşanda ki, orada nə baş verir ki, gülüş səsləri mağazaya yayılır? Müştərilərdən biri deyir: Yəqin yenə müdür Nikolay İvanoviç işçilərlə birlikdə “şikayət və təkliflər” kitabında müştərilərin yazdıqlarını oxuyurlar”. Sovet dövründə mağazalarda divardan “şikayət və təkliflər” kitabları asılırdı və guya xidmətdən narazı qalanda şikayət və yaxud işi yaxşılaşdırmaq üçün müştərilər öz təkliflərini yaza bilərdilər. Kimsə sadəlöhvcəsinə ora nəsə yazardı , amma demək olar ki, heç vaxt nəzərə alınmazdı və yazılan “şikayət və təklif” gülüş və lağ yeri olurdu. Avropanın sanksiyalarını da, “çar-prezident” Putin ətrafı ilə, hətta deyərdim ki, bütün Rusiya cəmiyyəti ilə birlikdə təbəssüm və istehza ilə qarşılayır. Pis yaşamağa adət etmiş bu bolşevik qalıqlarına sanksiyalar təsir etmir. Bu vəziyyəti aydınlada bilmək üçün Çörçildən daha bir sitat gətirmək yerinə düşər: ” Kommunistlər dünyanın bütün hakimiyyət institutlarını, hakimiyyətlərini, bütün dövlətlərini məhv etmək üçün sivilizasiyaya qarşı sonsuz müharibə aparırlar. Onlar bütün dünyada kasıbların, cinayətkarların, bacarıqsızların, üsyançıların, xəstələrin, debillərin və axmaqların beynəlxalq ittifaqını yaratmağa çalışırlar”. ​ Məhz Putin də sivilizasiyaya qarşı müharibəni Ukraynadan başlayıb və istədiyini almayınca, ən azı özünün sonuna qədər davam etdirməkdə israrlı görünür.

​ Rusiya açıq şəkildə Şimali Koreya əsgərlərini müharibəyə cəlb edir, amma Avropa ölkələri canlı qüvvə göndərmək üçün indiyədək birgə qərar verə bilmirlər. Əgər ABŞ qəti olaraq bildirsəydi ki, Avropanın​ və dünyanın təhlükəsizliyi üçün Ukraynaya məhz canlı qüvvə göndərir.., o zaman Putin Avropa ölkələri kimi Birləşmiş Ştatları hədələyə bilməyəcəkdi. Amerika “Tomahavkı” verməyən kimi, Avropa da “ Taurus” raketlərini verməkdə tərəddüd etdi. Belçikada Rusiyanın dondurulmuş milyardlarından istifadə edib Ukraynaya yardım ayırmaqdan da çəkinirlər. Bu günlərdə Qarri Kasparovun bir çıxışı oldu və NATO-nu qərar verə bilməkdə çətinlik çəkdiyinə münasibətini bu cür bildirdi: “ Kanadanın Latviyada briqadası var. Rusiyalılar sərhədi keçsələr onlar atəş açacaqlar? Yox. Gedib müşavirə keçirib məsləhətləşəcəklər”. ​

​ ABŞ mediator yox, Ukraynanın müttəfiqi kimi gedib elan etsəydi ki, atəşkəs imzalanmasa Ukraynanı ən müasir silahlarla təmin edəcək, Rusiya dərinliklərini hədəfə almasına məhdudiyyət qoymayacaq və daha dağıdıcı sanksiyalar tətbiq edəcək. Üstəlik, BMT-nin təcili toplantısını təşkil edib, Rusiyanın bəşəriyyət üçün təhlükəli dövlət olduğunu, ona bu müharibədə dəstək verən Çin, İran, Şimali Koreya kimi dövlətlərin də Rusiya kimi izolyasiya edilməsi üçün diplomatik təzyiqləri artırmaq haqqında BMT -nin qətnamə qəbul etməsini həll etməliydi.

Putin əgər müharibənin ilk üç ilində daha çox öz imkanlarına, Çinə, İrana, Şimali Koreyaya güvənirdisə, son bir ildə onun ən böyük güvənc yeri ABŞ prezidenti Donald Trampdır. Putin Trampın xoşuna gəlir, ona simpatiyası var, çünki özü də avtoritar xarakterli biridir, ona oxşamaq istəyir. Trampı dünya düzəni, ədalət, təzavüzkarı cəzalandırmaq kimi bir marağı yoxdur. O, Nobel mükafatı alıb öyünmək istəyir. Ona görə də, kapitulyasiya ilə razılaşmayan Zelenskiyə nifrət edir. Putinə isə hər dəfə yeni şanslar verir və Ukraynanı Rusiyanın gələcək təcavüzündən qoruyacaq heç bir təhlükəsizlik zəmanəti vermir. Trampın bu dramatik planı​ Vladimir Putinin tələblərini qəbul etməsindən, ardınca qoca qitənin parçalanmasından və daha sonra gücsüz və müttəfiqsiz qalaraq mühasirəyə alınmasından başqa bir şey deyil. Və beləliklə, ABŞ beynəlxalq hüququn məhv edilməsinə şərik oldu.

Uitkoff və Kuşner indi də Zelenski ilə görüşəcək. Əgər belə bir uğursuz diplomatiya nəticəsində ABŞ Kiyevi qeyri-qənaətbəxş bir razılaşmanı qəbul etməyə məcbur etsə, Moskva şübhəsiz ki, məmnun olacaq. Amma, çox güman ki, Kreml həmçinin Ağ Evin ya prosesdən tamamilə çıxması, ya da Ukraynanın aktiv müttəfiqi olmaq əvəzinə vasitəçi rolunu oynamağa davam etməsi variantını da qəbul edəcək. Təəssüf...

İlham İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri