Uğursuzluq böhrana səbəb oldu Ali Koçla Mourinyo arasında gərginlik
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fənərbaxça"da prezident Ali Koçla baş məşqçi Joze Mourinyo arasında fikir ayrılığı yaranıb.
Metbuat.az xəbər verir ki, böhran Allan Saint-Maksimin karyerası ilə bağlıdır. Məlumata görə, Ali Koç futbolçunun xərclərinə görə onun başqa kluba göndərilməsini istəyir. Mourinyo isə futbolçunun klubda qalmasını tələb edir. Məlumata görə, Maksim "Fənərbaxça"nın oyunlarının 75 faizində oynadığına görə, onun 15 milyon avroluq məcburi satınalma bəndi aktivləşib. Artıq futbolçu oyunların 84 faizində oynayıb. Lakin uğursuz oyuna görə, klub rəhbərliyi futbolçunu göndərmək istəyir.
“Takvim” qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə danışıqlar aparan "Fənərbaxça" mövsümün fasiləsində futbolçunu göndərmək istəyir. Futbolçu "Fənərbaxça"da qalsa onun illik xərci 23 milyon avro olacaq. Allan Saint-Maksim bu mövsüm "Fənərbaxça"da 22 matçda meydana çıxıb, 3 qola imza atıb, 4 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















