Icma.az
close
up
RU
Uğursuzluq müvəqqəti, ləyaqət əbədidir...

Uğursuzluq müvəqqəti, ləyaqət əbədidir...

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir komandanın və ya məşqçinin yalnız məğlubiyyət anında hədəfə alınması idman etikasına və vicdanlı düşüncəyə sığmır. Uğursuz bir oyundan sonra “Qarabağ” komandası və baş məşqçi Qurban Qurbanov haqqında sosial şəbəkələrdə başladılan tənqid dalğası da yaddaşsızlığın və naşükürlüyün bariz nümunəsidir.

“Qarabağ” adı illərlə təkcə yaşıl meydanlarda yox, dünya arenasında Azərbaycanın səsini ucaldan böyük bir brend, milli qürur rəmzi olub. Bu klubun təməlində Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Allahverdi Bağırovun ruhu və əməyi dayanır. Mən deyərdim, bu komandaya və onun baş məşqçisinə xalqımızın minnətdarlıq borcu var. “Qarabağ” bu gün fəaliyyətini dayandırsa belə, onun ölkə futboluna və Azərbaycanın tanıdılmasına verdiyi töhfələr silinməzdir.

Futbolda məğlubiyyət oyunun bir hissəsidir; dünya nəhəngləri - Braziliya, Almaniya, Niderland kimi ölkələr və nəhəng klublar belə vaxtaşırı uğursuzluqlar yaşayır. Lakin heç bir sivil cəmiyyətdə bir neçə zəif oyuna görə komanda və baş məşqçi daş-qalaq edilmir. Qurban Qurbanov, sadəcə, peşəkar məşqçi deyil, eyni zamanda yüksək mənəviyyata malik bir şəxsiyyətdir. O, “Şamaxı” ilə oyunda stadionda qar təmizləyərək oyunun keçirilməsi üçün öz heyəti ilə birlikdə fədakarlıq edən, hər addımında təvazökarlıq və məsuliyyət nümayiş etdirən bir insandır. Şamaxıdakı yerli infrastrukturdakı çatışmazlıqlara və maneələrə baxmayaraq, Avropa kubokları öncəsi komandasını hər cür çətinlikdən çıxarmaq üçün zəhmət çəkən bir mütəxəssisə paxıllıqla yanaşmaq ədalətsizlikdir.

Qurban Qurbanov və onun komandası idmanda uduza bilər, lakin öz şəxsiyyəti, əxlaqı və xalq qarşısındakı xidmətləri ilə həyatda heç vaxt uduzmur. Bu gün mənfi rəylər yazanlar unutmamalıdır ki, “Qarabağ”ın qazandığı uğurlar təkcə bir klubun deyil, bütün Azərbaycan xalqının qələbəsidir və bu tarixi heç bir müvəqqəti uğursuzluq kölgədə qoya bilməz.

Fazil Məşədiyev

“Şəhid ailələrinə qayğı cəmiyyəti” ictimai birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri