Icma.az
close
up
RU
Bu qələbə əbədidir

Bu qələbə əbədidir

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri arasında Cəbrayıl xüsusi yer tutur. Bu torpaq həm işğalın acısını, həm də azadlığın qürurunu yaşayıb. 4 oktyabr – Cəbrayıl şəhəri günü isə bu böyük tarixi qələbənin rəmzinə çevrilib. 1993-cü ilin avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal etdi. 1 şəhər, 4 qəsəbə və 92 kənd viran qoyuldu. 1050 kvadrat kilometr ərazisi, 52 min nəfər əhalisi, zəngin təbiəti və qədim tarixi ilə seçilən Cəbrayıl yerlə-yeksan edildi. İşğal nəticəsində rayona 13,9 milyard ABŞ dolları həcmində ziyan dəydi. 72 məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı, 132 tarixi abidə dağıdıldı. Tariximizin yadigarları – Xudafərin körpüləri, Sultan Məcid hamamı, türbələr, məqbərələr, muzeylər erməni vandalizminin qurbanına çevrildi. Cəbrayıl 362 şəhid verdi, yüzlərlə insan əlil oldu. On minlərlə sakin isə məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Amma xalqın yaddaşında Cəbrayıl heç vaxt unudulmadı, ürəklərdə “Böyük Qayıdış” arzusu yaşadı. Qurtuluşun başlanğıcı – Cocuq Mərcanlı və Lələtəpə ilə tarixə yazıldı. 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı azad edildi. Bu kənd Böyük Qayıdışın ümid çırağı oldu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin alınması isə Cəbrayılın tam azad olunacağı günün yaxın olduğunu göstərdi.

27 il işğal altında qalan Cəbrayıl, nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edildi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar, Oktyabr 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Oktyabr 4-də Cəbrayıl şəhəri və daha 9 kənd azad edildi. Ümumilikdə rayonun 1 şəhəri və 90 kəndi işğaldan qurtarıldı. Bu, müharibənin ən həlledici əməliyyatlarından biri idi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Tarixi anlardan biri də Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Bu hadisə həm simvolik, həm də siyasi baxımdan xalqımızın haqq işinin təntənəsi idi. Cənab Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Fərmanı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Bu medala 22 mindən çox Azərbaycan əsgəri və zabiti layiq görüldü. Onların fədakarlığı bu gün Cəbrayılın hər daşında yaşayır. Azadlıqdan sonra Cəbrayıl dirçəlişin simvoluna çevrildi. Bu gün burada bərpa və quruculuq işləri geniş vüsət alıb. “Araz Vadisi İqtisadi Zonası” yaradılıb və artıq 12 rezident fəaliyyətə başlayıb. Müasir Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Rayonun kəndlərinə doğru 4–6 zolaqlı yollar çəkilir, Zəngəzur dəhlizi ilə birləşəcək infrastruktur qurulur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kimi kəndlərin baş planları təsdiqlənib, minlərlə evin, məktəbin, uşaq bağçasının, sosial obyektlərin tikintisi nəzərdə tutulub. 26 sentyabr 2023-cü ildə ilk köç karvanı Cəbrayıla yola düşdü – şəhərə həyat qayıtdı.

Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il Sərəncamına əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü elan edilib. Bu gün təkcə bir şəhərin yox, bütün Azərbaycanın bayramıdır. Çünki Cəbrayılın azadlığı – Azərbaycanın azadlığı, Cəbrayılın dirçəlişi – Azərbaycanın dirçəlişidir. Cəbrayıl bu gün həm qəhrəmanlıq, həm də yenidənqurma abidəsidir. Buradan boylanan ümid sabaha inam, gələcəyə güvən deməkdir. Cəbrayılın hər daşı, hər ağacı, hər nəfəsi bizə bir həqiqəti xatırladır: Azərbaycan qalib xalqdır və bu qələbə əbədidir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri