Icma.az
close
up
RU
Ukrayna 12 trilyona satıldı ?

Ukrayna 12 trilyona satıldı ?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Ukraynada mümkün sülh razılaşması müqabilində Tramp administrasiyasına 12 trilyon dollarlıq nəhəng iqtisadi paket təklif edib.

Qeyd edək ki, Qərb KİV-lərində "Dmitriyev paketi" adlanan Kremlin təklifi barədə məlumatlar yayılıb.

Sözügedən sənəd Rusiya və ABŞ arasında dollarla ödənişlərə çıxış, təyyarə müqavilələri, neft-qaz layihələri, nüvə enerjisi və kritik mineralların hasilatı sahəsində geniş əməkdaşlığı özündə ehtiva edir. 

Paketdə, həmçinin Qərb investisiyaları və Qərb şirkətlərinin zərərlərinin kompensasiyası ilə bağlı məsələlər də öz əksini tapıb.

Ağ Ev mövzu ilə bağlı hələlik şərh verməyib. Rəsmi Kiyev isə bu təklifi Ukraynanı danışıqlardan kənarda qoymaq və güzəştlərə məcbur etmək üçün istifadə edilən Rusiya taktikası kimi qiymətləndirir. 

Maraqlıdır, ABŞ-nin hazırkI administrasiyasının 12 trilyon dollar müqabilində Ukrayna məsələsində Moskvanın maraqlarına cavab verən güzəştlərə gedə bilər? Tramp, həqiqətənmi, Rusiya ilə iqtisadi-ticari, enerji və investisiya sahələrində əməkdaşlıqda maraqlıdır? Trampın Ukraynada müharibəni tez bir zamanda sona çatdırmaqda məqsədi əsasən nəyə söykənib? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Prezident Donald Tramp və onun siyasi komandası bütün beynəlxalq problemlərin həllinə yalnız biznes maraqları pəncərəsindən yanaşır:

“ABŞ-nin dövlət rəhbəri iqtisadi-biznes maraqlarını ön planda tutur. Öz maraqlarına və hədəflərinə nail olmaq üçün hər hansı bir dövlətin qurban verilməsi Tramp administrasiyası üçün ciddi problem deyil. 

Bu, Ukrayna məsələsində açıq-aydın hiss olunur. Məhz Ukrayna məsələsinin birdəfəlik həll olunması Tramp administrasiyasının maraqlarına uyğundur”.

O bildirib ki, Tramp məhz iki səbəbə görə Ukraynada müharibəni tez bir zamanda sona çatdırmağa çalışır:

“Keçən il Vaşinqton ilə Kiyev arasında Ukraynada mineral ehtiyatların istismarı və bu istismarda ABŞ şirkətlərinin iştirakı və bu sahəyə investisiyaların yatırılması ilə bağlı saziş imzalanıb. 

Tramp bu sazişin icrasında maraqlıdır. Çünki Vaşinqton Ukraynadakı mineral ehtiyatların istismarından 2 trilyon gəlir qazanmağı hədəfləyib. Bu səbəbdən Ukraynada savaşın dayandırılması ABŞ üçün önəmlidir”. 

Onun sözlərinə görə, ABŞ və Rusiyanın Ukraynada münaqişənin nizamlanmasına münasibətdə mövqeləri üst-üstə düşür.

“Son zamanlar Tramp administrasiyasının Rusiya ilə iqtisadi-ticari və iqtisadi-biznes münasibətlərini bərqərar etmək üçün layihələr irəli sürməsi barədə məlumatlar dolaşır. 

Bəzi məlumatlara görə, Kreml Tramp administrasiyasına yaxın olan ABŞ şirkətlərinə Rusiyada genişmiqyaslı sərmaye imkanları təklif edir. 

Eyni zamanda, Moskva Rusiyada bir çox Avropa şirkətlərindən boşalan yerlərin ABŞ şirkətləri tərəfindən doldurulması ilə bağlı təklif də irəli sürüb. Hətta belə bir iddia da irəli sürülür ki, Moskva onun maraqları çərçivəsində sülh sazişinin tərtib olunmasının əvəzinə Rusiyanın xarici ölkələrdə dondurulmuş aktivlərinin əhəmiyyətli hissəsinin, təxminən 100 milyard dollar dəyərində aktivin Vaşinqtona verməyə hazırdır.

Göründüyü kimi, geniş imkanlar vəd olunur. Təbii ki, Rusiyada milyard və trilyon dollar dəyərində vəsaitlər qazandıracaq biznes imkanları Tramp administrasiyası üçün cəlbedici təkliflərdir. Trampın siyasi gündəmində nə Ukraynanın gələcək taleyi, nə də Ukraynanın ərazi bütövlüyü heç bir əhəmiyyət kəsb etmir”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: Ukrayna Elçin Xalidbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see399

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see337

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see330

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see302

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see264

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see241

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see215

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see188

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see177

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see176

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see173

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see167

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see158

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri