Icma.az
close
up
RU
Ukrayna ABŞ nin, yoxsa Avropa İttifaqının sülh planını bəyənir? Politoloq AÇIQLADI

Ukrayna ABŞ nin, yoxsa Avropa İttifaqının sülh planını bəyənir? Politoloq AÇIQLADI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Avropa İttifaqının təklif etdiyi 24 bəndlik sülh planı, əslində, Amerikanın 28 bəndli planına alternativ olaraq təqdim olunub. Mənim fikrimcə, bu plan Ukrayna ilə məsləhətləşmələr əsasında hazırlanıb, çünki Amerikanın 28 bəndli sülh planı Ukraynanın maraqlarına tam uyğun deyil. Təbii ki, bu planda Ukraynaya bəzi üstünlüklər verilir, xüsusilə Ukraynanın bərpası və Avropa İttifaqına üzvlük məsələləri ilə bağlı. Lakin nəticə etibarilə, Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri tam şəkildə təmin edilmir. Bu planda bir çox məsələlərdə Rusiyanın mövqeyi daha çox nəzərə alınır. Ukrayna və Avropa isə bu plana qarşı öz alternativlərini irəli sürürlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinin həll üçün təklif etdiyi 24 bəndlik sülh planından danışarkən bildirdi.

Politoloqun sözlərinə görə, həm Ukrayna, həm də Avropa tərəfi anlayır ki, Trampın planını tamamilə rədd etmək və Rusiyaya qarşı döyüşmək qeyri-mümkündür:

"Əgər Trampın təklif etdiyi plan qəbul olunmazsa, Amerika Birləşmiş Ştatları Ukraynaya silah yardımlarını azaldacaq və ya tamamilə dayandıracaq. Hətta gələcəkdə Avropa ölkələrinə də təzyiq göstərə bilər. Bu səbəbdən, Avropa İttifaqı və Ukrayna bu vəziyyətdən çıxmaq üçün alternativ variantlar irəli sürürlər. Məncə, məhz bu məqsədlə Avropa İttifaqı tərəfindən təklif olunan 24 bəndli sülh planı hazırlanıb. Bu planın Ukraynaya verdiyi mesaj açıqdır: Ukrayna sülhə hazırdır və buna razıdır. Avropa da bu sülh planını dəstəkləyir, amma təklif olunan planı müəyyən düzəlişlərlə qəbul etmək istəyirlər. Buradan mesaj verilir ki, əgər Amerika administrasiyası Avropanın planı ilə razılaşarsa, Ukrayna da bu məsələdə razı olacaq. Çünki bu plan Ukraynanın iştirakının nəticəsi olaraq hazırlanıb və onun maraqlarını nəzərə alır".

Asif Nərimanlı qeyd etdi ki, ABŞ-nin planı ilə müqayisədə, Avropa İttifaqının təklif etdiyi layihə bir çox cəhətdən fərqlənir, xüsusilə Ukraynanın mövqeyini nəzərə alması baxımından.

"Lakin bu, başqa bir məsələdir ki, Rusiya bu planı qəbul edəcəkmi? Bu artıq Rusiyanın mövqeyindən asılıdır. Hal-hazırda Rusiya və Amerika arasında hələ də razılaşma yoxdur. İndi isə top Ukrayna meydanındadır və Ukrayna müəyyən addımlar atmalıdır. Bu, həm də başqa bir taktikanın hissəsidir: Ukrayna və Avropa alternativ plan təklif edərək Rusiyanı çətin vəziyyətə salmağa çalışırlar. Bu taktikanın başqa bir məqsədi də zaman qazanmaq və Ukraynanın mövqeyini gücləndirməkdir. Ukrayna Trampın planına tabe olmaq istəmir və bu səbəbdən alternativ plan irəli sürür. Diplomatik müstəvidə bu danışıqlar daha uzunmüddətli ola bilər. Yəni danışıqların bir neçə günə yekunlaşması ehtimalı yoxdur. Təbii ki, bu, danışıqların gedişatından asılıdır. Tramp administrasiyası isə çalışır ki, ayın sonuna qədər bir razılaşma əldə edilsin. Ən azından əsas şərtlər üzrə razılaşma olmalıdır, detallar isə sonraya qalacaq. Lakin bu, yaxın dövrdə baş verməyə də bilər. Diplomatik masada hər tərəf öz təkliflərini irəli sürür. Hətta Amerika və Ukrayna arasında Cenevrədə davam edən danışıqlarda müəyyən bir razılaşma əldə olunsa belə, Amerika bunu Rusiya ilə də razılaşdırmalıdır. Görünür ki, Amerika Ukraynanın mövqeyini nəzərə alaraq, 28 bəndli planda müəyyən düzəlişlər edib. Bu düzəlişlərdən sonra isə Rusiya ilə müzakirələr aparılmalı və razılaşdırılmalıdır. Bu da o deməkdir ki, diplomatik danışıqların uzanma ehtimalı böyükdür. Çünki tərəflər arasında razılaşdırılmalı və düzəliş edilməli məsələlər çoxdur", - deyə müsahibimiz qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri