Icma.az
close
up
RU
Azərbaycan Pakistan əlaqələri tarixi dəyərlər və sarsılmaz təməllər üzərində inkişaf edir

Azərbaycan Pakistan əlaqələri tarixi dəyərlər və sarsılmaz təməllər üzərində inkişaf edir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycana dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və verilən bəyanatlar olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Pakistan münasibətləri dostluq, qardaşlıq, mədəni-mənəvi təməllər üzərində formalaşıb.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri münasibətlərin inkişafına öz təhfəsini verəcək: “Azərbaycanla Pakistan arasında münasibətlər sarsılmaz təməllərə söykənir və bu iki dost, qardaş ölkə hər zaman bir-birinin yanındadır. Yüksək səviyyəli münasibətlər bunun bariz nümunəsidir. Dostluq və qardaşlığın nəticəsi olaraq ölkələr arasında strateji tərəfdaşlıq mövcuddur. Sözsüz ki, Pakistan Baş nazirinin bu səfəri ölkələr arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcək. İki dövlət hər zaman olduğu kimi, bundan sonra da beynəlxalq qurumlarda bir-birini dəstəkləməkdə davam edəcək. Səfər çərçivəsində Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq, sərmayə imkanlarına aid praktiki layihələr də müzakirə edilib. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanan sənədlər bunu təsdiq edir. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata vermiş olduğu birgə bəyanatda da bir sıra vacib məsələlərdən bəhs ediblər. Dövlətimizin başçısı vurğulayıb ki, Pakistana dövlət səfəri zamanı rəsmən Azərbaycanın Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu qeyd olunub. Bu amillər isə ölkələrimiz arasında əməkdaşlığın daha geniş spektorları əhatə edəcəyini nümayiş etdirir. Bütün bunlarla yanaşı, ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi bir daha bəyan edilib”.
Təftiş Komissiyasının sədri bildirib ki, Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hər zaman birmənalı dəstək verib: “Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Pakistan İslam Respublikası olub (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilib. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib. Pakistan ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman birmənalı dəstək verib. Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmayıb. Məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimləri bu təcavüzü qətiyyətlə pisləyən bəyanatlarla çıxış ediblər. Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirib. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul edib. Həmçinin, Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul olunub. Sözsüz ki, Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Bu mənada iİki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilib”.
Sevinc Hüseynova vurğulayıb ki, Vətən müharibəsində qardaş Türkiyə ilə bərabər Pakistan da Azərbaycanla həmrəylik nümayiş etdirib: “Tarixi Zəfərdə hər üç qardaş dövlətin bayraqlarının yan-yana dalğalanması olduqca qürurverici idi. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyinə dəstəyini ifadə edib. Azərbaycan dövləti bu məsələnin beynəlxalq hüquqa əsaslanaraq həllinin tərəfdarı olduğunu bəyan edib. Təbii ki, Azərbaycan-Pakistan arasında əməkdaşlıq üçün perspektivlər olduqca böyükdür. Müdafiə, təhlükəsizlik, enerji, infrastruktur, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə Azərbaycanla Pakistan arasında əməkdaşlığın xarakterini göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri