Icma.az
close
up
RU
Ukrayna Azərbaycan kimi atəşkəsi təmin etməli, güclənməli və sonra torpaqlarını işğaldan azad etməlidir

Ukrayna Azərbaycan kimi atəşkəsi təmin etməli, güclənməli və sonra torpaqlarını işğaldan azad etməlidir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Avqustun 15-də Alyaskada Trampla Putinin görüşü keçiriləcək. Bu görüşdə həm də Rusiya Ukrayna müharibəsi müzakirə olunacaq. Eyni zamanda Rusiya-Amerika iqtisadi əlaqələri, Şimal buzlu okeanının istismar olunması ilə bağlı danışıqlar da gedəcək. Putinin Trampı cəlb etmək üçün iqtisadi rıçaqlardan istifadə edərək pay verəcəyini düşünürəm”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, burada əsas məsələ Trampın müharibəni dayandıracağı məsələsidir və bütün dünyanın gözü bu məsələnin üzərindədir.

Elşad Həsənov

“Donald Tramp əvvəlcədən, Rusiyaya qarşı sanksiya tətbiq ediləcəyini bildirmişdi. Və son məlumata görə, bu sanksiya ayın 8-i baş tutmalı idi. Putinlə görüşün təyin olunmasına görə, Tramp sanksiya tətbiq etmədi. Bu görüşdən asılı olaraq, ABŞ hakimiyyəti Rusiyaya qarşı işlərini quracaq. Ancaq danışıqlar onu göstərir ki, Ukrayna torpaqlarını Rusiyaya uduzub. Yəni Rusiya qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojenin bir hissəsini işğal edib”-deyə politoloq bildirib.

Putinin burada əsas istəyi nədir?

Elşad Həsənov qeyd edib ki, Putinin əsas istəyi, Ukrayna qoşunlarının Donbasdan və Luqanskdan tam çıxarılması, həm Xersonun, həm də Zaparojenin Rusiyanın tərkibində qalması məsələsini qoyur: “Krım haqqında ümumiyyətlə söhbət getmir, çünki Krımı artıq ilhaq ediblər və bu, danışıqlar predmeti deyil. Bu vəziyyəti də Ukrayna qəbul edə bilməz”-deyən politoloq hesab edir ki, bu gün Ukrayna, eləcə də Avropa İttifaqı qəbul edir ki, Ukrayna torpaqlarını uduzub.

“Təmas xəttində sülhməramlı qüvvələr yerləşdirmək və atəşkəs əldə etmək, sonra danışıqlar yolu ilə nəyisə dəyişmək, nəyisə vermək olar. Ukrayna torpaqlarının Rusiyaya bağışlanması və ya verilməsi isə mümkün deyil. Bunu heç bir prezident edə bilməz”-deyən politoloqun fikrincə, Trampla Putin arasında aparılacaq müzakirələrdə ABŞ prezidenti Ukrayna torpaqlarının verilib-verilməməsi üçün məsul adam deyil və bu, onun səlahiyyətləri çərçivəsində deyil.

“Donald Tramp danışıqlar apara bilər, nəyisə razılaşdıra bilər. Bütün bu məsələlər Ukrayna prezidenti Zelenskinin səlahiyyətindədir və Zelenski növbəti görüşlərdə mütləq iştirak edəcək. O zaman onlar razılığa gələ bilərlər ki, neyləsinlər”-deyən politoloq bildirib ki, avqustun 15-də torpaq veriləsi deyil, çünki bu, Putinin və ya Trampın səlahiyyətində deyil.

Elşad Həsənov hesab edir ki, müəyyən mövzularda danışıqlar aparıla bilər ki, hansısa şərtlər daxilində atəşkəs elan oluna bilər, Rusiya sülhə razı ola bilər, ancaq yenə də Tramp-Putin-Zelenski görüşü olmalıdır.

“Bundan öncə Tramp bildirmişdi ki, “mən bu görüşü təşkil edəcəm və Zelenski də iştirak edəcək, görüşü açandan sonra mən onları təkbətək qoyacam. Özləri danışdılar, razılığa gəlsinlər. Ancaq görünür ki, indiki görüşdə Zelenskinin iştirak etməsinə Putin razı olmur. Bu da ilkin mərhələdir və bu görüşdə də Putin də Trampın zəif nöqtəsini bilir. Bilir ki, Tramp Rusiyanın nadir tapılan metalları ilə, yeraltı sərvətləri ilə maraqlana bilər və onlarla müqavilə bağlaya bilər ki, Ukraynanın arxasından çəkilsin. Yəni bütün bu məqamlar hamısı gözlənilir”-deyə politoloq qeyd edib.

Elşad Həsənov vurğulayıb ki, bu gün Ukrayna cəmiyyətində artıq böyük əksəriyyət torpaqların itirildiyini etiraf edir, hətta bunu da döyüş yolu ilə qaytarmaq mümkün deyil: “Ukraynanın bircə variantı var, bu da Azərbaycan varinatıdır. Atəşkəsə nail olsun, güclənsin, güclü ordu toplasın və sonra Azərbaycan kimi torpaqlarını işğaldan azad edə bilsin. Çünki indiyə qədər nə ABŞ, nə də Qərb Ukraynaya lazımi səviyyədə ciddi dəstək göstərmədi. Əgər Ukraynaya ciddi dəstək göstərilsəydi, Rusiya onların torpaqlarının bu qədər hissəsini işğal edə bilməzdi”.

“Ukrayna torpaq itkisi ilə razılaşan deyil. Alyaskadakı görüş ilkin bir görüş kimi olacaq və heç bir nəticə də əldə olunmayacaq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri