Ukrayna Belarusla sərhəddə müdafiəni gücləndirməyə başlayıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 may, AZƏRTAC
Ukrayna Belarusla həmsərhəd olan Volın bölgəsində dairəvi müdafiə hazırlıqlarına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Strana.ua" Telegram kanalı Kovel rayon administrasiyasının rəhbəri Andriy Çerenə istinadla məlumat yayıb.
“Bu, sərhəd ərazilərinə aiddir və sərhəddə təhlükə yarandıqda tam təxliyə ssenariləri də nəzərdən keçirilir”, - məlumatda deyilir.
Həmçinin Kiyev vilayətində də belə bir müdafiənin hazırlandığı bildirilib.
Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Belarusdan hücum ehtimalı barədə xəbərdarlıq edib. Belarus lideri Aleksandr Lukaşenko da öz növbəsində ölkəsinin Ukraynadakı münaqişəyə qarışmaq niyyətində olmadığını dəfələrlə bildirib. O əlavə edib ki, hərbi və ya mülki olaraq buna heç bir ehtiyac yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 May 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















