Icma.az
close
up
RU
İctimai nəqliyyatla bağlı gözlənilməz mənzərə Yeni güzəştlər...

İctimai nəqliyyatla bağlı gözlənilməz mənzərə Yeni güzəştlər...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

⁠Rəsmi qurumlar aylardır vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə təşviq edir. Lakin son 9 ayın statistikasına baxdıqda maraqlı mənzərə yaranır. Belə ki, metrodan istifadə 2,4% azalıb, taksi xidmətlərindən istifadə isə 0,7% artıb. Qiymət artımından sonra vəziyyətin daha da ağırlaşacağı düşünülür.

Proses necə nəticələnəcək? Şəxsi avtomobil, taksilərə üstünlük verənlərin sayı arta, şəhər yolları bərbad vəziyyətə düşə bilərmi? Çıxış yolu nədir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı statistik göstəricilərin hər kəsi narahat etdiyini qeyd edib.

Onun sözlərinə görə, vətəndaşların ictimai nəqliyyata daha çox üstünlük verməli olduğu halda, fərqli mənzərə müşahidə olunur:

“Ümumi daşımalara baxdıqda əhali sayına uyğun artım görünür, lakin qiymət tənzimlənməsi dövründə baş verən artımlar müəyyən narazılıq və küskünlüklərə səbəb olur. Nəticədə insanlar fərqli qərarlar qəbul edirlər. Ancaq bunun ötəri xarakter daşıdığını düşünürəm. Zamanla yenidən ictimai nəqliyyat vasitələrinə qayıdış olacaq. Çünki hazırda bütün addımlar məhz onun fasiləsiz və rahat fəaliyyətinə yönəlib. Avtobus zolaqlarının salınması, marşrutların optimallaşdırılması kimi tədbirlər də bu məqsədə xidmət edir. Ümumilikdə metroda kifayət qədər sərnişin daşınır, avtobuslarda da vəziyyət sabit qalır. Müəyyən dövrlərdə müvəqqəti azalma müşahidə olunsa da, prosesin yenidən normallaşacağına inanıram”.

Elməddin Muradlı

Ekspert bildirib ki, ictimai nəqliyyat sahəsində daha cəlbedici təkliflər olmalıdır:

“Tələbələr və təqaüdçülər üçün əlavə güzəştlər tətbiq edilə bilər. Həmçinin məsafəyə görə gediş haqqı məsələsinə baxılması məqsədəuyğundur. Bundan başqa, “tənzimləyici gedişlər” adlandırılan sistemin tətbiqi də çox vacibdir. Bu sistem bir neçə ölkədə uğurla işləyir. Məsələn, vətəndaş bir dəfə ödəniş edib avtobusdan metroya keçdikdə, müəyyən vaxt (1–1,5 saat) ərzində əlavə ödəniş etmir. Belə yanaşma həm vətəndaş üçün sərfəlidir, həm də ictimai nəqliyyata marağı artırır. Bu tip güzəştlər və rahatlaşdırıcı mexanizmlər tətbiq olunsa, ictimai nəqliyyata maraq daha da artacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri