Icma.az
close
up
RU
Tıxaclarda stresi necə idarə etməli? Psixoloqdan məsləhətlər

Tıxaclarda stresi necə idarə etməli? Psixoloqdan məsləhətlər

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Böyük şəhərlərdə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş nəqliyyat sıxlıqları, xüsusilə iş və dərs saatlarına təsadüf edən tıxaclar, insanlarda yorğunluq və stresə səbəb olur. Bəzən bu tıxaclar saatlarla davam edir, nəticədə sürücülər və sərnişinlər həm vaxt, həm də əsəb baxımından ciddi çətinliklərlə üzləşirlər.
Bəs belə vəziyyətlərdə insanlar gərginliyi necə azaltmalı, əsəblərini necə sakitləşdirməlidirlər?

Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, Bakı kimi böyük şəhərlərdə tıxaclar artıq həyatın ayrılmaz hissəsinə çevrilib.

"İnsanlar bu vəziyyətdə saatlarla yolda qalır ki, bu da həm psixoloji, həm də fiziki gərginliyə səbəb olur. Tıxac zamanı insan özünü nəzarətsiz hiss edir, harasa gecikir, planları pozulur və bu, beyində “təhlükə siqnalı” yaradır. Əslində, bu, stresə qarşı təbii reaksiyadır, amma bu reaksiyanı idarə etmək mümkündür. Əsas məqsəd diqqəti tıxacdan yayındırmaq və sakitləşdirici vərdişlər formalaşdırmaqdır. Məsələn, dərin nəfəs alıb vermək bədənin rahatlamasına kömək edir. Yüngül musiqi və ya audio kitab dinləmək beyni sakit rejimə salır. Qəbul etmə düşüncəsiylə, “mən bunu dəyişə bilmərəm, amma münasibətimi dəyişə bilərəm.” Kiçik təşəkkürlərlə öz-özünə “yaxşı ki, maşındayam, yağışda islanmadım” kimi pozitiv fikirlər tələffüz etmək də beyini sakitləşdirir".

Psixoloq əlavə etdi ki, tıxacda çox zaman insanlar emosiyalarını idarə edə bilməyib bir-birinə qarşı aqressiv davranırlar ki, bu da zəncirvari stres yaradır. 

"Belə hallarda ən doğru addım susmaq, dərin nəfəs almaq və məsafə saxlamaqdır. Qarşı tərəfin davranışına cavab verməmək öz psixoloji üstünlüyümüzü qorumaq deməkdir. Səbr tıxacda deyil, gündəlik həyatda formalaşır. İnsan gün ərzində meditasiya, idman, sağlam yuxu və özünə zaman ayırmaqla daxili balansını möhkəmləndirir. Balanslı insan tıxacda da daha səbirli olur. Tıxaclar qaçılmazdır, amma stres qaçılmaz deyil. Biz bu anı sakitlik, düşünmə və ya sadəcə nəfəs alma imkanı kimi də görə bilərik", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri