Icma.az
close
up
RU
Ukrayna diversiya hərəkətlərini buna görə edir Ekspert

Ukrayna diversiya hərəkətlərini buna görə edir Ekspert

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Rusiya ərazisində Ukraynanın həyata keçirdiyi diversiya aktlarının sayı artmaqdadır. Ukrayna Silahlı Qüvvələri və xüsusi təyinatlı dəstələri Rusiya daxilində xüsusilə strateji əhəmiyyət daşıyan məntəqələrə – hava limanları, dəmir yolları, yanacaq anbarları və hərbi infrastruktur obyektlərinə hücumlar təşkil edir. Hərbi müstəvidə olduğu kimi informasiya və psixoloji sahədə də Ukrayna üstünlük əldə etməyə çalışır.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukraynanın bu taktiki gedişləri Rusiyanı fakt qarşısında qoyur və Kremlin ciddi itkilər verməsinə səbəb olur:


“Ukrayna Rusiya ərazisində həyata keçirdiyi zərbələrlə Kremlin kapituliyasiya və ya geri çəkilmə ehtimalını gündəmə gətirir. Bu, əslində danışıqlarda güzəştə getməyən Moskvanı cəzalandırmaq məqsədi daşıyır. Ukrayna açıq şəkildə göstərmək istəyir ki, o zəif deyil və Rusiya ərazisində yüksək dəqiqlikli, strateji əhəmiyyətli hücumlar təşkil etməyə qadirdir. Bu da onun Qərbə yönəlik mesajıdır. Ukrayna müharibəni davam etdirmək və nəticə əldə etmək imkanına sahib olduğunu göstərir”.


Politoloq qeyd edir ki, bu hücumlarla Ukrayna, Rusiya dövlətçiliyini hədəf alan Kremlə cavab verir və öz dözümlülüyünü nümayiş etdirir:


“Rusiya açıq şəkildə Ukraynanın dövlətçiliyini məhv etməyə çalışır. Lakin Ukrayna tərəfi cavab olaraq Rusiyanın daxilindəki strateji nöqtələri vurmaqla təkcə hərbi əməliyyatların tempini zəiflətdiyini deyil, eyni zamanda Rusiyanın düşündüyü qədər güclü olmadığını da sübut edir. Bu, Ukraynaya siyasi və psixoloji sahədə üstünlük qazandırır”.


M. Əsədullazadənin sözlərinə görə, hazırda bu taktikalar tam hədəfə çatmasa da, uzunmüddətli perspektivdə Ukraynanın hərbi əməliyyatlarda üstün mövqeyə çıxmasına kömək edə bilər:


“Ukrayna bu hücumlarla gələcəkdə Rusiya ordusunun hərbi planlarını və əməliyyat imkanlarını əngəlləməyə nail ola bilər. Əsas strateji məntəqələrin hədəfə alınması Rusiya hərbi maşınının yavaşlamasına, logistikanın çökdürülməsinə və ümumi döyüş qabiliyyətinin zəifləməsinə səbəb olacaq.
Ukraynanın diversiya aktları yalnız hərbi deyil, siyasi və diplomatik müstəvidə də yeni reallıqlar formalaşdırır. Rusiya isə artan daxili təhdidlər və strateji infrastruktur itkiləri fonunda daha çətin vəziyyətə düşür. Bu, regionda müharibənin gedişatına və potensial sülh danışıqlarına birbaşa təsir göstərmək potensialına malikdir”.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri