Icma.az
close
up
RU
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir The Economist

Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir The Economist

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Ukrayna Silahlı Qüvvələri bir çox problemlərlə, xüsusilə də səfərbərlik sahəsində problemlərlə üzləşir. Ukraynanın ərazi komplektləşdirmə və sosial dəstək mərkəzlərinə edilən hücumlar nəticəsində hərbi xidmətə çağırışla məşğul olan hərbçilər həlak olur və yaralanır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır

Qəzet Poltava vilayətində səfərbərlik idarəsinin əməkdaşının qətlə yetirilməsi hadisəsini xatırladır. Hərbi qulluqçu Aleksandr Sikalçuk çağırışçılardan ibarət qrupa müşayiətçilik edərkən, Poltava vilayətində yanacaqdoldurma məntəqəsində dayandıqları vaxt, qaranlıqdan çıxan bir kişi ona odlu silahını təhvil verməyi əmr edib.

"Sikalçuk imtina edib və həmin şəxs onu güllələyib. Qatil xidmətdə olan əsgərlərdən biri ilə birlikdə qaçıb. Bildirilir ki, o, həmin əsgəri əvvəldən tanıyıb. Bu hadisə fevral ayının ilk həftəsində səfərbərlik zabitlərinə edilən hücumlar silsiləsində ilk şokedici insident olub. Ukrayna xüsusi xidmət orqanları bu hücumların məsuliyyətini rus diversantlarının üzərinə qoyub. Lakin əsgərlər Poltavadakı hücumun ölkə daxilində planlaşdırıldığını güman edirlər”, – məqalədə vurğulanır.

Poltava vilayətinin səfərbərlik idarəsinin nümayəndəsi Roman İstomin isə bu ehtimallara belə reaksiya verib:

"Rusiyanı günahlandırmaq yaxşı olardı. Amma bəlkə də vəziyyət bundan daha pisdir”.

Ukraynadakı səfərbərlik problemləri

Şəxsi heyət çatışmazlığından əziyyət çəkən Ukrayna ordusu, eyni zamanda ABŞ prezidenti Donald Trampdan gələn təhdidlərlə üzləşir. Son həftələrdə şərq cəbhəsində irəliləyişin ləngiməsinə baxmayaraq, döyüşlər hələ də davam edir.

Ölüm qorxusu səbəbindən potensial çağırışçılar səfərbərlikdən yayınmağa və gizlənməyə çalışırlar. "Biz səfərbərlikdə uğursuz olduq”, – deyə 46-cı briqadanın zabiti Artyom etiraf edib.

Onun sözlərinə görə, hərbi tələblər qarşısında siyasi məhdudiyyətlər maneə yaradır. Xüsusilə yanvar ayının əvvəlində Kuraxovodakı bölməsinin canlı qüvvə çatışmazlığı səbəbindən geri çəkilməyə məcbur olduğunu xatırladıb.

"Bir ukraynalıya qarşı on rus. Dörd əsgər bir neçə çoxmərtəbəli binanı müdafiə edirdi. Hər binanın isə üç-dörd girişi vardı. Bizim imkanlarımız heç onlarınkına yaxın da deyildi”, – zabit vurğulayıb.

Rusiya canlı qüvvə baxımından böyük üstünlüyə malikdir və itkiləri daha tez bərpa edir. Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin 880 min nəfərdən ibarət olduğunu, Rusiya ordusunun isə Ukraynada 720 min hərbçi yerləşdirdiyini bildirsə də, mütəxəssislər bunun aldadıcı müqayisə olduğunu qeyd edirlər.

"Vacib olan yer – səngərlərdə, cəbhə xəttində Rusiya itkilərini Ukraynadan daha tez kompensasiya edir. O, canlı qüvvəni irəli atmaq iqtidarındadır, hətta geridə dayanan rus snayperlərinin təhdidi altında olsa belə. Ukrayna isə bu imkana sahib deyil”, – məqalədə qeyd olunur.

Ukraynalı yüksək rütbəli məmurlardan biri jurnalistlərə bildirib ki, əslində Rusiya Ukraynadakı döyüşlərə 1 milyon hərbçi cəlb edib.

Ukrayna ordusundakı boşluğu necə doldurmaq olar?

Bu boşluğu doldurmaq üçün Ukraynanın qarşısında çətin seçimlər durur. Ən asan yol səfərbərlik yaşının 25-dən 18-ə endirilməsi ola bilər, lakin bu, cəmiyyətdə ciddi narazılıq doğurur.

"Bir çox valideynlər məhz oğullarının döyüşməməsi üçün çalışırlar”, – deyə Artyom bildirib.

Lakin Qərb dairələri bu ideyanı dəstəkləyir. ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Ukraynanın Trampın mümkün kompromislərinə qarşı yeganə şansının gəncləri səfərbər etmək olduğunu söyləyib.

"The Economist" səfərbərlik problemlərinin həm də iqtisadi təzyiqlərlə bağlı olduğunu qeyd edir. Hazırda hökumət 1 milyona yaxın "kritik əhəmiyyətli” işçini səfərbərlikdən azad edib.

"Zelenski hər iki sahəni – həm iqtisadiyyatı, həm də ordunu qorumağa çalışır. Lakin o, ölkəni saxlamaq istəyirsə, iqtisadi riskləri artırmalı olacaq”, – deyə Avropa rəsmisi bildirib.

Bunun fonunda Zelenski artıq 18-24 yaş arası könüllülər üçün motivasiya proqramını elan edib. Amma bu proqram Rusiya modelindən fərqlənir. Gənc əsgərlər "ət maşınına” atılmayacaq, əksinə, elit briqadalarda yüksək səviyyəli təlim keçəcəklər.

Keçmiş Ukrayna müdafiə naziri Andrey Zaqorodnyuk isə bildirib ki, Rusiya ilə mübarizə təkcə insan resursu ilə mümkün deyil. Onun fikrincə, Ukrayna müharibə aparma üsulunu dəyişdirməli, itkiləri minimuma endirən daha ağıllı strategiyalar qurmalıdır.

"Biz, Rusiyanın bizi tükətmək strategiyasına qarşı eyni üsulla cavab verməyə çalışsaq, qələbə qazana bilmərik”, – deyə o vurğulayıb.

"The Economist" yekun olaraq bildirir ki, əgər müharibə davam etsə, Ukrayna məcburən səfərbərliyi daha sərtləşdirməli olacaq.

"Çünki heç kim daha yaxşı həll yolu tapa bilməyib”, – deyə yüksək vəzifəli ukraynalı məmur bildirib.

Nəşr həmçinin qeyd edir ki, belə bir perspektiv cəmiyyətdə artıq mövcud olan fikir ayrılıqlarını dərinləşdirə və hərbi xidmətə çağırışla məşğul olan zabitlərə qarşı daha çox zorakılığa səbəb ola bilər.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri