Ukrayna dronları operator nəzarəti olmadan hərəkət edir TASS
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Süni intellekt (AI) sistemləri ilə təchiz olunan Ukrayna Silahlı Qüvvələrinin dronları tez-tez operator nəzarəti olmadan Rusiya mövqelərinin arxasında uçur.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanlarındakı mənbələr TASS-a bildiriblər.
Mənbənin sözlərinə görə, orta və böyük ölçülü dronlara atəş açıldıqda onların bəziləri manevr etməyə başlayır. Bu isə onların əvvəlcədən müəyyən edilmiş marşrut və təyinat nöqtəsi üzrə avtonom şəkildə hərəkət etdiyini ehtimal etməyə əsas verir.
"Orta və böyük ölçülü dronlara atəş açdığımız zaman onlar manevr etməyə başlayırlar. Bəzi dronların müəyyən marşrut və təyinat nöqtəsini izləyərək avtonom şəkildə uçduğunu güman etmək olar", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, bəzi hallarda dron atəşə tutulduqdan sonra manevr edir ki, bu da onun operator tərəfindən idarə olunduğunu göstərə bilər. Lakin əksər hallarda pilotsuz uçuş aparatları insan müdaxiləsi olmadan əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə hərəkət edir.
TASS daha əvvəl süni intellekt və maşın görmə texnologiyalarından istifadə edən dronların hazırlanması və sınaqdan keçirilməsi barədə də məlumat yayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















