Icma.az
close
up
RU
Səssiz irəliləyən ölümcül sindrom: CKM nədir? 7 sual, 7 cavab

Səssiz irəliləyən ölümcül sindrom: CKM nədir? 7 sual, 7 cavab

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Sakit şəkildə irəliləyən və çox vaxt fərq edilmədən dərinləşən yeni bir sağlamlıq təhlükəsi mütəxəssisləri həyəcan siqnalı verməyə vadar edib. ABŞ-də yayımlanan son hesabatlar kardiyovaskulyar-böyrək-metabolik sindromun (CKM) milyonlarla insana təsir etdiyini ortaya qoyur. 

Qaynarinfo xəbər verir ki, bu mənzərə təkcə Amerika ilə məhdudlaşmır: Əksər ölkələrdə statistik məlumatlar və klinik müşahidələr də oxşar gedişata işarə edir. Üstəlik, risk düşünüləndən xeyli erkən yaşlarda başlayır. Mütəxəssislərə görə, bu tablo daha ciddi sağlamlıq problemlərinin xəbərçisidir. Bəs bu xəstəlik əslində nədir və hansı əlamətlərlə özünü göstərir?

ABŞ-də ürək xəstəlikləri və insultla bağlı ölümlərin azalmasına baxmayaraq, səhiyyə qurumları yeni və səssiz bir təhlükəyə diqqət çəkir.

"American Heart Association” tərəfindən yayımlanan 2026-cı il ürək xəstəlikləri və insult statistikası yeniləməsi kardiyovaskulyar-böyrək-metabolik sindromun ölkədə həyəcanverici həddə çatdığını göstərib.

Hesabata görə, ABŞ-də yetkinlərin təxminən 90 faizində adətən əlamətsiz irəliləyən, lakin ölümcül nəticələrə səbəb ola bilən bu sindromun ən azı bir komponenti mövcuddur.

Daha da diqqətçəkən məqam isə gənc və orta yaşlı yetkinlərin 80 faizindən çoxunda xəstəliyə dair erkən xəbərdarlıq əlamətlərinin artıq müşahidə olunmasıdır. 


"Bütün bunlar təcili tədbir tələb edən vəziyyətə işarədir"

ABŞ-da "Northwestern University Feinberg” Tibb Fakültəsindən kardioloq və hesabatın baş müəllifi doktor Sadiya S. Xan bu məlumatların xüsusilə gənclər üçün ciddi xəbərdarlıq xarakteri daşıdığını bildirərək deyib: "Bu mənzərə təcili tədbirlər görülməli olduğunu göstərir. Çünki qarşımızda gələcəkdə necə bir sağlamlıq tablosu ilə üzləşəcəyimizin açıq bir ön görüntüsü var".

Doktor Xan CKM-nin vahid bir sindrom kimi qiymətləndirilməsinin səbəbini də belə izah edib: "Bu xəstəliklər real həyatda təcrid olunmuş şəkildə inkişaf etmir. Ayrı-ayrılıqda dəyərləndirildikdə erkən müdaxilə imkanları itirilir. Onları tək bir çərçivədə toplamaq daha erkən skrininq və koordinasiyalı müalicə üçün şərait yaradır".

1. Kardiyovaskulyar-böyrək-metabolik sindrom (CKM) dəqiq olaraq nədir?

- Daxili xəstəliklər və nefrologiya üzrə mütəxəssis professor doktor Ziya Mocan bildirib: "CKM sindromu ürək-damar xəstəlikləri, böyrək funksiyalarının pozulması və metabolik xəstəliklərin, xüsusilə diabet, piylənmə və hipertoniyanın bir-birini qidalandıraraq irəlilədiyi kompleks xəstəlik mənzərəsidir. "Səssiz" adlandırılmasının səbəbi uzun müddət əlamət vermədən inkişaf etməsidir. İnsan özünü yaxşı hiss etsə də, damarlar, böyrəklər və ürək tədricən zədələnməyə davam edir".


2. Gənc və orta yaşlı insanlarda erkən xəbərdarlıq əlamətlərinin artmasının səbəbi nə ola bilər?

Professor Ziya Mocan əsas səbəblər kimi hərəkətsiz həyat tərzini, qeyri-sağlam qidalanmanı, həddindən artıq emal olunmuş qidaları, ekran qarşısında uzun müddət qalmağı və xroniki stressi göstərib. O bildirib: "Gənc yaşda başlayan çəki artımı və insulin müqaviməti illər sonra ürək və böyrək xəstəliklərinin təməlini qoyur. Əvvəllər 50 yaşdan sonra gördüyümüz riskləri indi 20–30 yaşlarda müşahidə etməyə başlamışıq".

3. Yüksək təzyiq, diabet, piylənmə və böyrək xəstəlikləri niyə bir-birini tətikləyir?

Daxili xəstəliklər üzrə mütəxəssis doktor Hasan Hacıosman bu suala cavab olaraq deyib: "Bu xəstəliklərin birlikdə görülməsinin səbəbi eyni fizioloji dövrə daxilində bir-birini gücləndirməsidir. Piylənmə insulin müqavimətinə, insulin müqaviməti diabetə, diabet isə damar və böyrək zədələnməsinə səbəb olur. Böyrək funksiyalarının pozulması təzyiqi yüksəldir, yüksək təzyiq isə həm ürəyi, həm də böyrəkləri daha çox yıpradır. Beləliklə, özünü qidalandıran bir qapalı dövr yaranır".


4. CKM sindromunun erkən əlamətləri hansılardır? İnsan bunu hiss edə bilərmi?

Professor Ziya Mocan bildirib ki, bunu çox vaxt hiss etmək çətindir: "Yüngül halsızlıq, tez yorulma, çəki artımı, bel ətrafında yağlanma, sərhəddə yüksək təzyiq və ya qan şəkəri kimi əlamətlər ola bilər, lakin adətən əhəmiyyət verilməz. Bu səbəbdən yalnız öz hisslərinə güvənmək kifayət deyil, müntəzəm tibbi müayinələr çox vacibdir”.

Hasan Hacıosman isə əlamətlər sırasına tez yorulmanı, gecələr tez-tez sidiyə çıxmağı, səhərlər üz və əllərdə yüngül şişkinliyi də əlavə edib.

5. Kimlər və nə qədər tez-tez sağlamlıq müayinəsindən keçməlidir?

Professor Ziya Mocanın sözlərinə görə, 18 yaşdan etibarən hər kəsin qan təzyiqini, qan şəkərini, xolesterini və böyrək funksiyalarını müəyyən aralıqlarla yoxlatdırması lazımdır. Ailə anamnezi olanlar, artıq çəkili şəxslər, siqaret çəkənlər və hərəkətsiz həyat tərzi sürənlər üçün bu müayinələr daha erkən yaşda və daha tez-tez aparılmalıdır. Risk mövcuddursa, ildə bir dəfə skrininq ideal hesab olunur.


6. Xəstəlik ölümcüldürmü?

Professor Ziya Mocan bildirib ki, xəstəlik erkən mərhələdə aşkar olunarsa, böyük ölçüdə geriyə çevrilə bilər: "Həyat tərzi dəyişiklikləri, çəkinin nəzarətdə saxlanması, düzgün müalicə və müntəzəm izləmə çox effektivdir. Lakin gec qalındıqda qalıcı orqan zədələnməsi yarana bilər. CKM sindromu infarkt, insult və böyrək çatışmazlığı riskini artırdığı üçün müalicə edilmədikdə ölümcül nəticələrə səbəb ola bilər. Yaxşı xəbər odur ki, erkən müdaxilə ilə sağ qalma göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlir”.

Hasan Hacıosman da gec mərhələdə diaqnoz qoyulduqda bəzi orqan zədələrinin qalıcı olduğunu vurğulayaraq qeyd edib ki, CKM varlığı infarkt və insult riskini ciddi şəkildə artırır və böyrək tutulması ilə birlikdə bu risk daha da yüksəlir.

7. Gənclər arasında artan piylənmə və hərəkətsiz həyat tərzi növbəti 10–20 il üçün nə deməkdir?

Ziya Mocan xəbərdarlıq edib ki, bu gedişatın qarşısı alınmasa, yaxın illərdə daha gənc yaşlarda infarkt keçirən, dializə ehtiyac duyan və xroniki xəstəliklərlə yaşayan bir cəmiyyətlə üzləşə bilərik. Onun sözlərinə görə, bu, təkcə fərdi sağlamlıq problemi deyil, eyni zamanda səhiyyə sistemi üzərində ciddi yük deməkdir və bu gün atılacaq preventiv addımlar gələcək 20 ilin sağlamlığını müəyyən edəcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri