“Ukrayna ilə bağlı danışıqların gələcəyi yalnız bu halda müəyyən edilə bilər” ABŞ dövlət katibi
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ukraynadakı münaqişəyə son qoymaq üçün uzun müddət ərzində mürəkkəb və gərgin diplomatiya tələb olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ər Riyad görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukraynada münaqişəyə son qoyulması hər tərəfdən güzəşt tələb edəcək:
“Münaqişəyə son qoyulması yalnız bütün tərəflərin razılığı ilə mümkündür, şərtlər məqbul olmalıdır. Prezident Tramp Ukraynadakı münaqişəni ədalətli şəkildə bitirmək və onun 2-3 ildən sonra yenidən başlamasının qarşısını almaq istəyir.
Ukrayna ilə bağlı danışıqların gələcəyi tərəflərin vədlərinə əməl etmək istəyi ilə müəyyən olunacaq, bu isə yaxın həftələrdə özünü göstərəcək. Həmçinin bu münaqişənin sona çatması Rusiya və ABŞ-ın iqtisadiyyat və geosiyasət sahəsində əməkdaşlığa yol açacaq”.
Rubionun sözlərinə görə, Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə görəö, nə vaxtsa danışıqlar masası arxasında olmalıdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 18 Fevral 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















