Ukrayna jurnalisti: Azərbaycanın Zəfər Günü ukraynalıları öz qələbəsinə inanmağa ruhlandırır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 6 noyabr, AZƏRTAC
Azərbaycanın Zəfər Günü ukraynalıları öz qələbəsinə inanmağa ruhlandırır . Həmin vaxt, 2020-ci ildə Azərbaycan xalqı Şuşa şəhərinin işğaldan azad edilməsinə nail oldu və bu hadisə Qələbənin müjdəçisinə çevrildi.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində ukraynalı jurnalist Lesya Kesarçuk ifadə edib.
O qeyd edib ki, Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi hüququnu daim müdafiə edib.
Ukraynalı jurnalist əlavə edib: “Ukrayna həmin vaxt Azərbaycan xalqı ilə həmrəy olub və bu, indi də davam edir. Azərbaycan otuz il ərzində öz suverenliyinin bərpa ediləcəyi günə hazırlaşırdı. Ukrayna və Azərbaycanın dramatik hadisələri oxşardır və tarixini qiymətli dərsinə çevrilir”.
Lesya Kesarçuk bildirib ki, Ukrayna xalqı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:12
Bu xəbər 06 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















