Icma.az
close
up
RU
Ukrayna millisinin azərbaycanlı məşqçisi: Rəqiblər boksçularımızın adını eşidəndə qorxuya düşürlər EKSKLÜZİV

Ukrayna millisinin azərbaycanlı məşqçisi: Rəqiblər boksçularımızın adını eşidəndə qorxuya düşürlər EKSKLÜZİV

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 may, AZƏRTAC

Boks üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisi Heybət Qasımov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Zəhmət olmasa, əvvəlcə özünüz barədə ətraflı məlumat verin…

- Mən 1959-cu il martın 15-də Quba rayonunun Xanəgah kəndində anadan olmuşam. Hərbi xidməti başa vurduqdan sonra 1982-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərinə gəldim, burada İdman Akademiyasına daxil oldum. Akademiyanı bitirdikdən sonra isə məni iş və evlə təmin etdilər. Azərbaycanda isə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Boks fəaliyyətəmin əsas hissəsi Ukrayna ilə bağlı olub. Məşqçilikdən əvvəl özüm də boksla məşğul olmuşam.

- İdmançı və məşqçi kimi hansı uğurlara imza atmısınız?

- Boksçu kimi Ukrayna çempionatında iştirak etmişəm. Məşqçi kimi tələbələrim beynəlxalq yarışlarda uğurlu nəticələr qazanıblar. Yetirməm Elvin Əliyev 7 dəfə Ukrayna çempionu olub. Eyni zamanda, elitada ikiqat çempionluğa sahibdir. Hazırda Ukraynada ən tanınmış boksçulardan biridir.

- Azərbaycan Boks Federasiyasından kimlərlə əlaqəniz var?

- Hazırda gənclərdən ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov, əsas millinin böyük məşqçisi Nəriman Abdullayev və Azərbaycan Boks Federasiyasının keçmiş prezidenti Ağacan Abıyevlə əlaqələrim var. Ağacan müəllimlə Mərakeşdə keçirilən turnir zamanı görüşmüşdüm.

- Bir az əvvəl yetirməniz Elvin Əliyevin Ukraynada uğurla çıxış etdiyini dediniz. Bəs, Ukraynada boksla məşğul olan başqa həmyerlilərimiz də varmı?

- Odesa şəhərində Azər Musatafeyev ilə Nürəddin Əlibəyli kimi əməkdar məşqçilər var. Hazırda olduqları şəhərin İdman Akademiyasında dərs deyirlər. Onlarla fəxr edirik. Ümumiyyətlə, Ukraynada yaşayan azərbaycanlılar arasında boksa maraq çoxdur. Hətta 2024-cü ildə Lvov şəhərində böyüklər arasında keçirilən ölkə çempionatında üç həmyerlimiz qızıl medal qazanıb.

- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?

- 2012-ci ildə Bakıda keçirilmiş turnirdə iştirak etmişdik. Harada olmağımdan asılı olmayaraq, Azərbaycan mənim Vətənimdir. Sonuncu dəfə pandemiyadan öncə Bakıya səfər etmişdik. Qohumlarım orada yaşayır. Onlarla tez-tez əlaqə saxlayıram. Qardaşım isə Xaçmazda yaşayır.

- Ukrayna və Azərbaycan boksunu necə müqayisə edərdiniz?

- Əsas fərq maliyyə ilə bağlıdır. Məsələn, Ukrayanın bir çox idmançısı Serbiyadakı Gimnaziada İdman Oyunlarına öz heabına getmişdi. Ukraynada müharibə şəraitində yaşasaq da, idmana maraq heç vaxt itmir. Azərbaycanda güləş və cüdo idman növləri yüksək səviyyədə inkişaf edir. Boks da nəticələr yaxşıdır. Açığı, rəqiblər Azərbaycan boksçularının adını eşidəndə qorxuya düşürlər.

- Ukrayna boksunun məşhur simaları olan Vitali və Vladimir Kliçko qardaşları ilə münasibətiniz varmı?

- Onlarla yox, amma məşqçiləri ilə yaxın dostam. Mənim evimə tez-tez gəlib-gedir. Kliçko qardaşları Ukrayna boksunun təməlini qoyublar. Hər ikisi həqiqətən də Ukrayna üçün böyük işlər görüb. Ukraynanın digər tanınmış boksçusu Aleksandr Usiklə isə yaxşı münasibətim var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see136

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri