Ukrayna millisinin mətbuat konfransında rus dili qalmaqalı
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna milli komandasının nümayəndələri Albaniyada keçiriləcək Millətlər Liqası matçından əvvəl qalmaqal yaşayıb.
Publika.az xəbər verir ki, onlar rus dilinə tərcümədən qəti şəkildə imtina ediblər. Bu barədə VZBIRNA teleqram kanalı məlumat yayıb.
Albaniya - Ukrayna matçı öncəsi mətbuat konfransında tərcüməçi Ukrayna tərəfinə ünvanlanan sualları rus dilinə tərcümə etmək niyyətində olub. Lakin komandanın baş məşqçisi Sergey Rebrov və hücumçu Roman Yaremçuk bu variantdan imtina ediblər. Nəticədə suallar alban dilindən ingilis dilinə tərcümə edilib.
Albaniya Futbol Federasiyası bununla bağlı açıqlama yayıb. Qurum rus dilini ünsiyyət üçün ən yaxşı həll yolu hesab etdiklərini bildirib. Bunu dillərin bənzərliyi ilə əlaqələndrilib.
Qeyd edək ki, Albaniya - Ukrayna oyunu bu gün keçiriləcək.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















