Icma.az
close
up
RU
Ukrayna müharibə dövrünün ən ağır qışını keçirə bilər: yerli qaz hasilatının 60 faizdən çoxu zədələnib

Ukrayna müharibə dövrünün ən ağır qışını keçirə bilər: yerli qaz hasilatının 60 faizdən çoxu zədələnib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 2 noyabr, AZƏRTAC

Rusiya Ukraynanın enerji və qaz hasilatı sektorlarına hücumlarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, “Naftoqaz”ın baş direktoru Sergey Koretski bildirib ki, Ukrayna artıq anbarlara 13,2 milyard kubmetr qaz vurub. Bu, mülayim qışda əhalinin və bəzi sənaye sahələrinin tələbatını ödəmək üçün tələb olunan minimumdur. Bununla belə, Ukraynada -10 dərəcə və ya daha aşağı uzunmüddətli şaxtalar davam edərsə, bu ehtiyatlar qeyri-kafi ola bilər.

Bunu, eləcə də Rusiyanın qaz infrastrukturuna davamlı hücumlarını nəzərə alaraq, hakimiyyət daha çox qaz idxal etmək niyyətindədir. Təəssüf ki, bu, ən qızğın mövsümdə, bazar qiymətlərinin ən yüksək olduğu vaxtlarda baş verəcək. Artıq Avropada qazın qiymətinin sürətlə artdığı bildirilir.

"Biz Rusiyanın infrastruktura hücumlarını davam etdirəcəklərini gözləyirik. Ona görə də müxtəlif ssenarilərə hazır olmalıyıq", - deyən Koretski əlavə edib ki, Ukraynanın qaz idxalı üçün təxminən 2 milyard avroya (təxminən 97 milyard qrivna) ehtiyacı var ki, bunun da əhəmiyyətli hissəsi artıq təmin olunub.

Bundan əvvəl Baş nazir Yuliya Sviridenko hökumətin əlavə qaz alışı üçün 8,4 milyard qrivna ayırdığını bildirmişdi. Bu isə kifayət deyil. Bununla belə, Ukraynanın beynəlxalq tərəfdaşları qalan vəsaiti təmin edəcəklərinə söz veriblər.

"Biz lazımi tranşların bir qismini təmin etmişik. Norveç 100 milyon dollar qrant verib və yanvarda daha bir tranş verəcək. Bir neçə başqa ölkə müvafiq qrantlar verir. Bizim banklarımızla müqaviləmiz var. Beləliklə, biz pulu haradan alacağımızı başa düşürük. Qazı haradan əldə edəcəyimizi də başa düşürük",-deyə bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında qeyd edib.

Ukraynanın UNİAN agentliyi qeyri-rəsmi məlumatlara istinadla xəbər verir ki, ölkənin yerli qaz hasilatının təxminən 60 faizdən artığı zədələnib. Yığılmış qaz ehtiyatları isə soyuq qış ayları üçün güclə kifayət edir və Ukraynanı təcili olaraq əlavə idxal axtarmağa məcbur edir.

Nəşrdə yazılır ki, bu istilik mövsümü Ukrayna üçün çətin keçəcək. Bir sıra ekspertlərin və Qərb müşahidəçilərinin fikrincə, bu, çox güman ki, müharibə dövrünün ən ağır qış mövsümü olacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri