Icma.az
close
up
RU
Ukrayna müharibəsi kölgədə qaldı: sülh perspektivi zəifdir

Ukrayna müharibəsi kölgədə qaldı: sülh perspektivi zəifdir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova bildirib ki, Moskva Ukrayna ilə bağlı danışıqlardan imtina etmir və nəticəyə yönəlmiş təmaslara açıqdır. Onun sözlərinə görə, Rusiya tərəfi “real nəticə” verə biləcək görüşlərin keçirilməsində maraqlıdır və diplomatik prosesi davam etdirməyə hazırdır. Eyni zamanda qeyd olunub ki, ABŞ-nin danışıqlara cavabdeh nümayəndələri hazırda daha çox Yaxın Şərqdəki proseslərlə məşğuldurlar. Moskva isə öz mövqeyində qalaraq danışıqlar formatının davam etdirilməsinin vacibliyini vurğulayır.Bu açıqlamalar müharibənin gedişində real sülh danışıqlarına zəmin yarada bilərmi?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İsrail koalisiyasının İrana hücumu və Hörmüz boğazında yaranmış vəziyyətdən sonra Ukrayna-Rusiya müharibəsi bir qədər arxa planda qalıb. Dünyanın diqqəti daha çox İran ətrafındakı gərginliyə yönəlib. Birləşmiş Ştatlar Moskva-Kiyev xəttində apardığı danışıqların uğursuzluğundan sonra yürütdüyü siyasətdə ciddi dəyişikliklər edib.

Əli Orucov

Politoloq qeyd edir ki, D. Trampın siyasi gələcəyi də məhz İran müharibəsindən birbaşa asılı olduğundan Ukrayna-Rusiya müharibəsinə əvvəlki maraq qalmayıb. Bununla belə, Qərbin məsuliyyəti öz üzərinə götürməsi aydın şəkildə görünməkdədir. Bu, həm siyasi, həm maliyyə, həm də hərbi dəstəyin artması fonunda özünü biruzə verir.

“Müharibədə əməliyyatların miqyası da, xarakteri də dəyişməkdədir. Əvvəllər Ukrayna yalnız müdafiə mövqeyində idisə, artıq intensiv hücumları ilə Rusiyanı çətin duruma salır. Bu hücumların artması və dağıdıcı nəticələri Rusiyaya müharibəni hiss etdirməyə başlayıb. Lakin Kreml əvvəlki mövqeyindən çəkildiyini hiss etdirmir. Kompromislər üçün mövqeyini aydın şəkildə ortaya qoymayıb. Kreml Donbasın təslim edilməsində, Ukraynanın öz xarici siyasi kursunu müəyyənləşdirməsi ilə bağlı tələblərində israr edir”, – deyə Əli Orucov bildirib.

Politoloqun sözlərinə görə, bu təməl məsələlərdə kəskin ziddiyyətlər qalmaqda davam etdikcə sülh danışıqlarının səmərə verəcəyi gözlənilmir. Hər iki tərəfin “qırmızı xətləri” məlumdur və bu xətt sülh prosesinin irəliləməsinə imkan vermir. Zaxarova da bilir ki, onun ölkəsinin şərtləri beynəlxalq hüquqa tamamilə ziddir və Ukrayna da öz ərazi bütövlüyü, suverenliyi uğrunda apardığı mübarizədən geri çəkilməyəcək.

Politoloqun fikrincə, görüşlərdə müəyyən humanitar məsələlər üzrə razılaşmalar əldə etmək mümkün olur. Ancaq bu, sülhə aparan yol hesab edilə bilməz.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri