Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Ukrayna müharibəsini nə ABŞ, nə Çin həll edəcək xarici politoloqlar

Ukrayna müharibəsini nə ABŞ, nə Çin həll edəcək xarici politoloqlar

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

13-15 may tarixlərində  ABŞ lideri Donald Tramp Çində rəsmi səfərdə olub. İki ölkə arasındakı əlaqələrlə yanaşı, qlobal məsələlər, eləcə də Ukrayna-Rusiya münaqişəsinə də görüş zamanı yer ayrılıb.

ABŞ və Çinin bu münaqişədə ortaq məxrəcə gəlməsi və hansı mövqeni seçə biləcəkləri diqqət çəkir.

Modern.az-a açıqlamasında ukraynalı politoloq Stanislav Jelixovski qeyd edib ki, Donald Tramp ilə Si Cinpin arasında Pekində keçirilən görüş göstərir ki, hər iki tərəf artıq qlobal rəqabəti nəzarətsiz şəkildə dərinləşdirməkdən daha çox, onu sabitləşdirməyə çalışır. Liderlərin təkcə ticarət və Tayvan məsələlərini deyil, həmçinin Ukrayna müharibəsi və Yaxın Şərqi də açıq şəkildə müzakirə etməsi onu göstərir ki, Vaşinqton və Pekin qlobal böhranları artıq ayrı-ayrı deyil, bir-biri ilə əlaqəli proseslər kimi görməyə başlayır.

"Xüsusilə Si Cinpinin əməkdaşlıq, idarə olunan rəqabət və nəzarət altında saxlanılan fikir ayrılıqları əsasında “konstruktiv strateji sabit qarşılıqlı fəaliyyət” barədə ifadəsi diqqət çəkir. Bu, əslində Pekinin ABŞ ilə yeni birgəyaşayış modeli təklifidir, yəni rəqabəti qəbul edən, lakin birbaşa qarşıdurmanın qarşısını almağa çalışan model. Trampın ABŞ və Çinin qlobal problemlərin həllində birlikdə iştirak etməsi ilə bağlı ritorikası da oxşar istiqamətə işarə edir".

O bildirib ki, bu kontekstdə Rusiya-Ukrayna müharibəsinə ayrıca regional problem kimi deyil, Avropa, Hind-Sakit okean regionu və Yaxın Şərqi əhatə edən daha geniş strateji balansın bir hissəsi kimi yanaşıldığı görünür:

"Mən Ukrayna ilə bağlı hər hansı böyük birgə təşəbbüs gözləmirəm. Lakin hər iki liderin bu mövzunu danışıqlara daxil etməsi göstərir ki, tərəflərdən heç biri münaqişənin daha geniş beynəlxalq böhrana çevrilməsini istəmir.
Eyni məntiq Tayvan və İran məsələlərinə də aiddir. Pekin Vaşinqtonu Tayvan məsələsində ehtiyatlı davranmağa çağırıb, tərəflər eyni zamanda Yaxın Şərq ətrafında da fikir mübadiləsi aparıblar. Bu isə dünyanın bir neçə əsas bölgəsində eyni vaxtda eskalasiyanın qarşısını almaq üçün qeyri-rəsmi strateji məhdudlaşdırma və kommunikasiya mexanizmlərinin formalaşdırılması cəhdinin meydana çıxdığını göstərir".

Rus politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib ki, Trampın Çin səfəri zamanı, şübhəsiz ki, bir neçə mühüm mövzu müzakirə olunacaq:
“Əlbəttə, əsas diqqət iqtisadi məsələlərə, Çinlə ikitərəfli münasibətlərə yönələcək. Lakin Amerika prezidenti geosiyasi mövzuları da diqqətdən kənarda qoymayacaq. Buraya Ukrayna müharibəsinin başa çatdırılması məsələsi və İran ətrafındakı vəziyyət də daxildir.
Biz bilirik ki, Ukrayna böhranı hazırda dünyadakı əsas böhrandır və bu səbəbdən bütün ölkələr, o cümlədən Çin üçün böyük əhəmiyyət daşıyır. Çin rəhbərliyi dəfələrlə bəyan edib ki, müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıdır".
O vurğulayıb ki, Çin Ukrayna müharibəsi səbəbindən tətbiq olunan sanksiyalar onun bazarlarını məhdudlaşdırır və riskləri artırdığını anlayır. Buna görə də Pekin dünya dövlətlərini bu sanksiyaların aradan qaldırılmasına təşviq etməyə çalışır:

"Eyni zamanda Çin başa düşür ki, Rusiya onun qonşusudur və iki ölkə arasında uzun sərhəd mövcuddur. Buna görə Pekin ABŞ-yə qarşı mübarizədə Rusiyaya müttəfiq kimi dəstək verməyə məcburdur. Çin rəhbərliyi hesab edir ki, ABŞ Rusiyada hakimiyyəti dəyişmək, özünə yaxın marionet hökumət qurmaq istəyir. Bu isə Çin sərhədləri yaxınlığında Qərbyönlü hakimiyyətin formalaşması demək olar ki, Pekin bunu qətiyyən istəmir və bunu özü üçün ciddi təhlükə hesab edir.
Bu səbəbdən Çin Rusiyanın Qərbin təzyiqlərinə tab gətirməsi üçün əlindən gələni etməyə çalışacaq. Bununla belə, Pekin Moskva ilə əməkdaşlığa görə çəkdiyi xərcləri də azaltmaq istəyir. Çünki ABŞ və Avropanın tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar Çin şirkətlərinə də zərbə vurur".
Bununla yanaşı, hamı anlayır ki, Çin güclü iqtisadiyyata və suverenliyə malikdir və ABŞ ilə Avropanın sanksiyaları altında belə çökməsi ehtimalı azdır:
"ABŞ-nin İrana mümkün zərbələri ilə bağlı məsələ də yaddaşlardadır. Bu, ilk növbədə Çin üçün zərbə deməkdir. Çünki belə vəziyyətdə neft və qaz qiymətləri ciddi şəkildə artır, regiondan enerji tədarükü pozulur və Çin Rusiyanın enerji resurslarından daha çox asılı vəziyyətə düşür. Bu baxımdan Pekin yenə də Rusiyanın yanında dayanmağa çalışacaq.
Bununla yanaşı, ABŞ və Çin arasında fərqli mövqelərdən aparılan bu danışıqların ciddi nəticələr verəcəyi ehtimalı azdır. Çünki Pekində yaxşı anlayırlar ki, Tramp hazırda gözəl bəyanatlar verə bilər, lakin ABŞ-yə qayıtdıqdan sonra tam fərqli addımlar ata bilər. Bu, əvvəlki səfər zamanı da baş vermişdi. Həmin vaxt tərəflər qarşılıqlı xoş sözlər desələr də, sonradan ABŞ Çinə qarşı ciddi sanksiyalar tətbiq etmişdi. Çin isə buna cavab olaraq ABŞ-yə nadir torpaq metalları tədarükünü məhdudlaşdırmışdı".
D. Qrevtsova bildirib ki, hazırkı ziddiyyətlər və fikir ayrılıqları fonunda Ukrayna müharibəsi məsələsində ciddi irəliləyiş əldə olunacağı inandırıcı görünmür. Çünki, qeyd etdiyim kimi, Rusiya Çin üçün ABŞ-yə qarşı mübarizədə əsas müttəfiqlərdən biridir. Pekin Qərbi Ukrayna müharibəsinin əsas səbəbkarı hesab edir. Buna görə Putin Çin üçün həm dost, həm də vacib dövlət xadimidir. Tramp isə daha çox emosional və qeyri-proqnozlaşdırılan siyasətçi kimi qəbul olunur.
"ABŞ üçün isə əsas məsələ ikitərəfli münasibətlər, xüsusilə iqtisadi əlaqələrdir. Tramp Çin tərəfinin nadir torpaq metalları ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını istəyir. Yəni Pekin ABŞ-yə bu məhsulların ixracını bərpa etməlidir. Bundan əlavə, Vaşinqton Çin şirkətlərinin Rusiyaya paralel idxal və texnoloji dəstəyini məhdudlaşdırmağa çalışacaq. ABŞ prezidenti, xüsusilə müdafiə sahəsində istifadə oluna biləcək ikili təyinatlı məhsulların Rusiyaya göndərilməməsini xahiş edə bilər.
Danışıqların əsas mövzularından biri də Amerika şirkətlərinin Çin bazarına, Çin şirkətlərinin isə ABŞ bazarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın bərpası olacaq.
Beləliklə, yekunda Rusiya–Ukrayna və İran mövzuları danışıqlarda daha çox ikinci planda qalacaq. Tərəflər bu məsələlərə toxunacaq, mövqelərini bölüşəcəklər, amma böyük ehtimalla həmin görüşlərdə konkret qərarlar qəbul olunmayacaq. Əsas məsələ isə Tramp ilə Si Cinpin arasında dialoqun və təmasların mövcud olmasıdır — yəni onların bir-birinə açıq düşmən olmadığını, əksinə, danışıqlar vasitəsilə müəyyən məsələlərdə razılığa gələ bildiklərini göstərməkdir.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Çin və ABŞ dünya iqtisadiyyatının nəhəng gücləridir. Onların əldə edəcəyi ən kiçik razılaşmalar və ya anlaşma detalları belə bəzi ölkələrin taleyi baxımından həlledici əhəmiyyət daşıya bilər. Buna görə də bir çox dövlətlər bu səfəri və liderlər arasında əldə olunacaq mümkün razılaşmaları diqqətlə izləyirlər.
Rusiyaya gəlincə isə, onun və Ukraynadakı müharibənin taleyi nə Çindən, nə Amerikadan, nə də Avropadan asılıdır. Bu taleyi müəyyən edən əsas amil Rusiyanın özüdür, ölkə rəhbərliyinin qərarları və ordunun cəbhədəki fəaliyyəti".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri