Icma.az
close
up
RU
Ukrayna müharibəsinin arxasındakı QARANLIQ PLANLAR Savaşın bitməsinə bu ölkələr mane olur

Ukrayna müharibəsinin arxasındakı QARANLIQ PLANLAR Savaşın bitməsinə bu ölkələr mane olur

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna cəbhəsində vəziyyət yenidən gərginləşib. Rusiya qoşunlarının nəzarət zonasını genişləndirmə cəhdlərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində müqaviməti davam etdirir. 
Rusiya hərbi təbliğatçıları iddia ediblər ki, guya Rusiya ordusu Yunaçovkanın cənubuna çıxıb.
Lakin Ukraynanın “Dnepr” qruplaşması bildirib ki, Ukrayna hərbçiləri Proxodıy kəndi yaxınlığında sərhədi keçməyə cəhd edən diversiya-kəşfiyyat qrupunun hücumunu dəf edib.
Xarkov vilayətində Rusiya qüvvələri Volçanskın mərkəzi hissəsində irəliləyə bilib. Avqustun 23–24-də onlar Zelenoye, Volçansk və Sinelnikovo yaxınlığında hücumlar həyata keçiriblər.

Bununla yanaşı, Velikiy Burlukun şimal-şərqində — Ambarnoe və Xatnoe istiqamətində hücum cəhdləri uğursuz olub.
Kupyansk istiqamətində Rusiya ordusu fəallığını saxlayır, lakin təsdiqlənmiş nəticələr yoxdur. Ukrayna batalyon komandirlərindən biri bildirib ki, Ukrayna ordusunun zərbələri ruslara texnikanı Oskol çayından keçirməyə imkan vermir. Bu səbəbdən rus hərbçiləri çayı 10–20 nəfərlik qruplar şəklində, improvizə olunmuş qayıqlarla keçməyə məcbur olur. Oxşar vəziyyət Seversk, Toretsk istiqamətlərində, eləcə də Çasov Yar rayonunda müşahidə olunur.
Pokrovsk istiqamətində isə Ukrayna ordusu uğur qazanıb. ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Mixaylovkanı (Pokrovskun şərqində) azad edib, Mirnoyenin cənubunda və Mirolubovkanın şimalında irəliləyib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski avqustun 24-də Mixaylovkanın uğurlu əks-hücum nəticəsində Ukraynanın nəzarətinə keçdiyini təsdiqləyib.
Göründüyü kimi Rusiya-Ukrayna cəbhəsində vəziyyət kifayət qədər gərgindir. Baxmayaraq ki, hər kəs tezliklə davamlı sülhün olacağından danışır. Hətta bunun üçün avqustun 15-də ABŞ və Rusiya liderləri bir araya gəldilər.
Bunun ardınca avqustun 18-də ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri Ağ Evdə bir araya gəldilər.
Qərb sağı göstərib solu vurur...

Gurultulu bəyanatlara baxmayaraq sülh istiqamətində heç bir addım atılmadı. Baxmayaraq ki, Rusiya da davamlı sülh üçün öz şərtlərini ortaya qoydu. Amma yenə də diplomatlar yox, silahlar danışır. Nəticədə insanlar ölür, yaşayış məntəqələri məhv edilir.

Bu da onu göstərir ki, bəzi qlobal güclər bu münaqişənin sonlanmasını istəmir. Əksinə münaqişənin miqyasının genişlənməsi üçün yeni planlar cızır. Məsələn, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Cozef Holstedin son bəyanatında bildirilib ki, ABŞ, Ukrayna və daha beş ölkənin Baş Qərargah rəisləri, eləcə də NATO-nun birləşmiş silahlı qüvvələrinin Avropadakı ali baş komandanı diplomatik səylər çərçivəsində sülhün əldə olunması məqsədilə hərbi planlar hazırlayıblar.


Məlumata görə, sözügedən müzakirələr avqustun 19–20-də Vaşinqtonda keçirilib. Görüşdə ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynadan olan hərbçilər iştirak ediblər.

“Baş Qərargah rəisləri Avropada davamlı sülhə nail olmaq üçün danışıqları dəstəkləyəcək hərbi variantlar hazırlayıblar. Bu variantlar hər bir ölkənin milli təhlükəsizlik üzrə məsləhətçilərinə təqdim olunacaq və diplomatik proses davam etdikcə planlaşdırma və kommunikasiya davam etdiriləcək”, – bəyanatda vurğulanır.
Milli təhlükəsizlik üzrə məsləhətçilər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması ilə məşğul olacaqlar. 
“The Wall Street Journal” yazır ki, bu qrupa ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Marko Rubio rəhbərlik edəcək. “The New York Times” isə xəbər verir ki, avqustun 21-də Rubio Avropa ölkələrinin və Ukraynanın milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə görüşərək təhlükəsizlik zəmanətlərini müzakirə edəcək.
Bu faktın özü bir daha sübut edir ki, nə ABŞ, nə də Avropa ölkələrinin bir çoxu bu qanlı müharibənin sonlanmasını istəmir.
Qərb niyə müharibə istəyir?
Bunun bir sıra səbəbləri var. Qərb bu münaqişənin uzanması hesabına həm Rusiyanın, həm də Ukraynanın daha zəif düşməsini istəyir. Baxmayaraq ki, Qərb özünü Ukraynanın dostu kimi göstərir. Amma nəzərə alaq ki, Ukrayna öz ərazisinə və əhalisinə görə Avropanın ən böyük ölkəsidir. Ən əsası bu ölkənin çox böyük təbii sərvətləri var. Məsələn, “Forbes” jurnalının Ukrayna bölməsi 2023-cü ildə ölkədəki mineral ehtiyatları 15 trilyon dollar səviyyəsində dəyərləndirib. Kənd təsərrüfatı məhsullarının həcminə görə də dünyanın öndə gedən ölkələrindən biri Ukraynadır. Məhz bu səbəbdən Qərb Ukraynada sabitliyin və inkişafın olmasını istəmir.
Bundan əlavə müharibə bir təsir mexanizmidir. Təsadüfi deyil ki, bu müharibə hesabın Qərb Ukraynanın siyasi elitasını əlində oyuncaq kimi oynadır. Rusiya da bu müharibədən az əziyyət çəkmir. Rusiyaya Qərbin münasibəti barədə isə danışmağa lüzum yoxdur.
Ən nəhayət müharibə bir biznes növüdür. Dünyada silah alveri üçün müharibə lazımdır. Nə qədər müharibələr çox olsa, silah satan dövlətlər daha çox qazanır. Təsadüfi deyil ki, ABŞ özünün hərbi büdcəsini bir trilyon dollara çatdırıb. Bu büdcəninsə böyük hissəsi silah istehsalına yönəlib. Bu gün ABŞ dünyanın bütün imkanlı ölkələrinə silah satır. Bu könüllü bir öhdəlikdir. Bu silah alıcıları arasında Avropa dövlətləri də var. ABŞ maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində bildirib ki, ABŞ Avropaya silahı 10 faiz əlavə qiymətlə satır, sonra isə həmin silahlar Ukraynaya ötürülür.
Jurnalistin “Ukraynanın təhlükəsizlik zəmanətləri çərçivəsində hava hücumundan müdafiəsinin xərcləri ABŞ-ın üzərinə düşəcəkmi və bu, amerikalı vergi ödəyicilərinə yük olacaqmı?” sualını cavablandıran Bessent deyib:
“Biz silahı avropalılara satırıq, onlar isə onu ukraynalılara ötürürlər. Prezident Tramp isə silaha 10 faiz əlavə qiymət qoyur. Ola bilsin, bu 10 faiz hava hücumundan müdafiə xərclərini ödəsin”.
Nəzərə alaq ki, son 3,6 ildə ABŞ və Avropa ölkələri Ukraynaya on milyardlarla dəyəri olan silah sursat satıb. Və satınalmanın əsas hissəsi də kredit şəklində həyata keçirilib. Nəticədə Ukrayna ağır kredit şərtləri altına salınıb.
ABŞ maliyyə naziri son müsahibəsində deyib ki, ABŞ-ın müharibə dövründə Ukraynaya göstərdiyi yardıma yatırılan vəsaitlərin geri qayıtması üçün müharibə başa çatmalıdır:
“Biz iqtisadi tərəfdaşlıq yaratmışıq və münaqişə bitən kimi bu, amerikalı vergi ödəyicilərinə ciddi fayda gətirə bilər. Biz sərmayələrimizi geri qaytara biləcəyik. Əgər Ukrayna uğur qazanarsa – biz də qazanacağıq”.
Təbii ki, bunlar gəlişigözəl sözlərdir. Həm ABŞ, həm də Avropa ölkələri özlərinin illər uzunu atılıb qalmış köhnə silah arsenalını böyük minnətlə Ukraynaya satırlar. Qarşılığında isə özlərinin müdafiə sənayesini yeniləyir, gücləndirirlər. Ona görə də nə ABŞ, nə də Avropa ölkələrinin bir çoxu müharibənin bitməsini istəyir.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see165

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see159

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see155

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see153

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see146

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see144

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see144

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see136

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see129

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see129

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see125

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see123

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see120

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see117

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri