Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyev, 22 fevral, AZƏRTAC
Ukraynanın “Naşa versiya” nəşrində “Azərbaycanlıların Xocalı soyqırımının 34-cü ildönümü: tarix nə deyir?” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifl həmvətənimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir.
Müəllif Xocalı soyqırımının xronikası barədə geniş yazaraq qeyd edib ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və təcavüzünün 200 illik tarixi var.
“Azərbaycan şəhəri olan Xocalı çoxdandır ki, Babiy Yar, Osvensim, Xatın, Buhenvald kimi, sadəcə, coğrafi ad deyil. Bu şəhər amansızlığı və vəhşiliyi ilə dünyanı silkələyən kütləvi qətllərin ən faciəli ünvanlarından biridir”, - deyə məqalədə vurğulanır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 Fevral 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















