Ukrayna ordusu Bryanskda körpünü vurdu
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətindəki körpüyə raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna sərhədindən həyata keçirilən hücum zamanı Demyanki və Azarovka kəndləri arasındakı körpü hədəf alınıb.
Boqomaz bildirib ki, bu körpü yalnız mülki nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub.
Hadisə nəticəsində xəsarət alanın olmadığı açıqlanıb.
Qeyd edək ki, bundan əvvəl Belqorod vilayətindəki körpülərə də oxşar hücumlar edildiyi bildirilib.
Bu cür hücumların Rusiya qüvvələrinin manevr imkanlarını məhdudlaşdırmaq məqsədilə edildiyi ehtimal olunur.
Bu mövzuda digər xəbərlər:Ukrayna Bryanskda neft obyektinə hücum edib
29 Avqust 2025 15:48
Ukrayna ordusu bu körpünü yenidən vurdu
09 İyun 2026 09:47
Ukrayna ordusu Krım istiqamətindəki 4 körpünü vurdu
11 İyun 2026 11:57
Bryanskda xəbərdarlıq: Əhali sığınacaqlara gedir VİDEO
23 Noyabr 2024 13:38
Bryanskda ukraynalı diversantların saxlanıldığı bildirilir Öldürülənlər var
20 Avqust 2025 13:17
Baxış sayı:158
Bu xəbər 04 Aprel 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















