Ukrayna ordusu Kaspiysk ərazisində Karakurt raket gəmisinə zərbə endirib
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Müdafiə Qüvvələri Dağıstandakı "Kaspiysk" baza məntəqəsi ərazisində 22800 "Karakurt" layihəli kiçik raket gəmisi də daxil olmaqla Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr dalğası endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
"2026-cı il mayın 7-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya qoşunlarının bir sıra mühüm obyektlərinə zərbələr endirib. "Kaspiysk" bazası ərazisində 22800 layihəli "Karakurt" çoxməqsədli kiçik raket gəmisi zərbəyə məruz qalıb. Bu gəmi, xüsusilə, "Kalibr" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malikdir. Dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - məlumatda bildirilib.
Baş Qərargahın məlumatına görə, Luqansk vilayətinin Sosnovka və Donetsk vilayətinin Yasnoye qəsəbəsi ərazisində Rusiya qoşunlarının idarəetmə məntəqələri vurulub. Bundan əlavə, Kalmıkovkada sursat anbarına və Luqansk vilayətinin Smolyaninovo ərazisində yanacaq-sürtkü materialları anbarına zərbələr endirildiyi bildirilir.
Ukrayna hərbçiləri, həmçinin Donetsk vilayətinin Dersovo və Zaporojyedə Smeloye kəndləri ərazilərində Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi yerlərə hücum ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 May 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















