Ukrayna ordusu Rusiya ərazisində iki strateji obyektə zərbələr endirib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Ukrayna ordusu sentyabrın 7-nə keçən gecə Rusiya ərazisində iki strateji obyektə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Rusiya ərazisində, Bryansk vilayətində yerləşən "Drujba" neft kəmərinə dronlarla zərbə endirilib. Zərbə Bryansk vilayətinin Naytopoviçi yaşayış məntəqəsindəki nasos stansiyasına yönəldilib. Brovdi qeyd edib ki, bu obyekt Belarusdan neft məhsullarının tədarükü üçün strateji əhəmiyyət daşıyır.
Bundan əlavə, Krasnodar diyarında yerləşən İlski neft emalı zavoduna da hücum təşkil olunub. Bu zavod ildə 6,42 milyon ton neft emal edir və Rusiya ordusunun təchizatında rol oynayır. Hücum zamanı obyekt ərazisində partlayışlar və yanğınlar baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















