Icma.az
close
up
RU
Ukrayna oyundan kənarda qaldı: Rusiya ABŞ görüşü ərəfəsində Zelenski Türkiyəyə niyə gəlir? ŞƏRH

Ukrayna oyundan kənarda qaldı: Rusiya ABŞ görüşü ərəfəsində Zelenski Türkiyəyə niyə gəlir? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir tərəfdə Səudiyyə Ərəbistanında gözlənilən ABŞ-Rusiya görüşü, digər tərəfdə Zelenskinin Türkiyə səfəri. ABŞ-Rusiya danışıqlarında isə əsas müəmmalı məqam Ukraynanın bu görüşdə iştirak edib-etməyəcəyidir.

Zelenski Kiyevin ABŞ-Rusiya görüşünə dəvət edilmədiyini bəyan edib, ardınca bildirib ki, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri planlaşdırılır. Ötən gün axşam saatlarında O, BƏƏ-yə rəsmi səfər edib. Sabah isə Türkiyəyə səfər edəcək.

Maraqlıdır görəsən, ABŞ-Rusiya görüşü ərəfəsində Zelenski niyə bu ölkələrə səfər edir? Ümumiyyətlə Səudiyyə Ərəbistanında planlaşdırılan 2 ölkənin görüşündə Kiyev nümayəndələrinin iştirakı mümkündürmü?

Turkustan.az olaraq bu suallarımızı politoloqlar Əziz Əlibəyli və Oqtay Qasımova ünvanladıq. Oqtay Qasımov bildirdi ki, Amerika- Rusiya təmasları intensivləşdikcə və xüsusi ilə də Səudiyyə Ərəbistanın paytaxtında iki ölkənin nümayəndələrinin görüşünün keçirilməsi dəqiqləşdikdən sonra Ukraynanın atdığı addımlar daha çox diqqət mərkəzindədir.

Xüsusi ilə də Zelenskinin məlum bəyənatları, həm Ukraynasız aparılan danışıqları qəbul etməyəcəyi ilə bağlı açıqlaması, həm də Avropa ordusunun yaradılması ilə bağlı açıqlamaları, təbii ki, Ukraynanın başı üzərindən onun taleyinin həll olunmasına etirazlarla bağlıdır. Nəzərə alsaq ki, faktiki olaraq hazırkı vəziyyətdə Trampın atdığı addımlar Rusiyanı ümidləndirməklə, Avropanı və Ukraynanı da oyundan kənar vəziyyətə faktiki olaraq salmış durumdadır. Zelenski təbii ki, işğala məruz qalmış ölkənin başçısı kimi bu səfərləri etmək məcburiyyətindədir. Məlumdur ki, müharibə bitəndən sonra Ukraynanın qurulması üçün ciddi investiziyalara ehtiyac var. Həm BƏƏ, həm Səudiyyə Ərəbistan dünyada böyük investir ölkələr kimi tanınır, eyni zamanda bu ölkələrin həm Rusiya, həm də Amerika ilə normal münasibətləri var.

Türkiyəyə səfərə gəldikdə isə, Zelenski hakimiyyətə gələndən, o cümlədən müharibə başlayandan sonrada Türkiyə ilə intensiv əlaqədə olan liderdir. Türkiyənin Ukrayna savaşı dönəmində xüsusi ilə də ilk mərhələdə sülh yaratmağı ilə bağlı aktiv rol alması, o cümlədən Ukraynanın ərazi bütövlüyünü aktiv şəkildə dəstəkləməsi və regionun əsas gücü olduğuna görə Zelenski Türkiyəyə səfər etmək qərarına gəlib. İki ölkə arasında bir çox istiqamətlərdə strateji münasibətlər qurulub. Eyni zamanda hərbi sənaye kompleksində də bu ölkənin hərbi texniki əməkdaşlıq formatları mövcuddur və gələcəyə yönəlik bu planlar savaşdan öncə də var idi. Bu baxımdan Türkiyə regionun həm də, qlobal səviyyədə mühum faktoru olduğundan, Zelenskinin səfəri başa düşüləndir. Türkiyə həm də Qara dəniz vasitəsi ilə Ukraynaya qonşu dövlətdir. Yəni, bu həm də Zelenskinin gələcək danışıqlar dönəmində öz mövqelərini nisbətən gücləndirmək və həm Amerika, həm də Rusiya ilə normal münasibətdə olan ölkələrdən müəyyən dəstək almağa hesablanıb.

İkinci suala cavab olaraq onu qeyd etmək olar ki, mən düşünmürəm ki, Səudiyyə Ərəbistanda keçiriləcək ilk görüşdə ukraynalılar da iki tərəfli görüşdə üçüncü tərəf olaraq iştirak edəcəklər. Amma onu da istisna etmirəm ki, Ukrayna tərəfi orada ən azı iki tərəfli formatda Amerika tərəfi ilə görüşə bilər. Nəzərə alsaq ki, Ukraynanın baş naziri də verilən məlumatlara görə hal hazırda Ər-Riyaddadır və onun Ər-Riyada səfərə gəlmiş Amerikanın dövlət katibi ilə və digər rəsmi şəxslərlə görüşəcəyi və Ukrayna Rusiya arasında savaşın dayandırılması ilə bağlı müzakirələr aparılacağı istisna olunmur. Rusiya tərəfi ilə görüşəcəkləri ehtimalı olduqca aşağıdır. Düşünmürəm ki, hazırkı mərhələdə Ukrayna nümayəndələri Rusiya nümayəndələri ilə masa ətrafında oturub, hansına bir konsturuktiv şəkildə prosesi irəliyə aparacaq məsələləri müzakirə edə bilsinlər.

Əziz Əlibəyli isə bildirdi ki, ABŞ-Rusiya görüşündə Ukrayna nümayəndələrinin iştirak etmə ehtimalı var.

Açığı Kiyevin görüşdə olub-olmayacağı barədə tam məlumat olmasa da, bir qaydada təmsilçilik nəzərdə tutulur. Ukrayna danışıqlarında Ukraynanın iştirak etməsi mütləq və vacib bir məqamdır. Amma başlanğıcda Ukrayna gündəliyində iştirakı olmaya da bilər. Yəni, bu hala da dəfələrlə şahid olmuşuq.

Zelenskinin Türkiyəyə səfər etməsinə gəldikdə isə, Türkiyə NATO ölkəsidir və əlahiddə Avropa gücü kimi də böyük təsir imkanlarına malik ölkədir. Bu müharibə onu göstərdi ki, Avropanın özünün də ciddi təhlükəsizlik qayğıları var.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Fevral 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri