Ukrayna PUA ları Rusiyada “Ozon”un logistika mərkəzinə zərbə endirib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatlarının zərbəsindən sonra logistika kompleksinin ərazisində güclü yanğın başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən yanğını əks etdirən görüntülər də yayılıb.
Monitorinq kanalları bildirir ki, alov obyektin ərazisində sürətlə yayılıb və logistika mərkəzinin üzərində sıx tüstü müşahidə olunub.
Dağıntıların dəqiq miqyası və mümkün xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:Rusiyada Ozon logistika mərkəzinə hücum edilib
04 Noyabr 2026 07:52
Ukrayna Belqorodda Ozon un çeşidləmə mərkəzinə hücum etdi
30 Avqust 2026 22:54
Ozon un logistika mərkəzi vuruldu
24 Oktyabr 2026 21:24
Ukrayna Leninqrad vilayətinə zərbə endirdi: Ozon un logistika mərkəzi yandı VİDEO
18 Oktyabr 2026 10:44
Ukrayna Ozon un iki böyük anbarına PUA zərbəsi endirdi
27 Avqust 2026 10:34
Baxış sayı:125
Bu xəbər 22 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















