“Ukrayna Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən istifadə etməyə hazırlaşır”
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“Ukrayna Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən millətlərarası zəmində nifrət yaratmaq üçün istifadə etməyə hazırlaşır”.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, “Rusiyadan pullu qaçanların” təxribat döyüşlərindən istifadə etməsi planlaşdırılır.
O bildirib ki, bu təxribatçılar Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına və mədəniyyət obyektlərinə qarşı təxribat törədəcəklər.
"İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumatlar yayılacaq", - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















