Icma.az
close
up
RU
Rusiya Azərbaycan Ukrayna arasındakı əməkdaşlığa zərbə vurmaq niyyəti güdür ANALİZ

Rusiya Azərbaycan Ukrayna arasındakı əməkdaşlığa zərbə vurmaq niyyəti güdür ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

 Rusiya Ukraynada Azərbaycanın maraqlarını hədəfə almağı davam etdirərsə, ikitərəfli münasibətlərinin yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər


Son günlərdə Rusiyanın hücumçu PUA-larla Odessaya endirdiyi zərbələr nəticəsində şəhər ətrafındakı yanacaq-enerji infrastruktur obyektləri yenidən hədəfə alınıb. Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, hava hücumundan müdafiə sistemləri aktiv işləsə də, nəticədə ikimərtəbəli binada və enerji obyektində yanğın baş verib. Hədəfə alınan obyektlər arasında SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi də olub.

SOCAR-ın vurulması təkcə Ukraynanın enerji təminatına deyil, həm də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Bu, Moskvanın məqsədyönlü şəkildə rəsmi Bakının Ukraynadakı fəaliyyətinə zərbə vurması və Azərbaycana qarşı düşmən münasibətinin göstəricisi kimi qiymətləndirilir.

Eyni zamanda qardaş Ukrayna xalqına qarşı törədilən vəhşiliklər göstərir ki, Kreml yalnız bu ölkəyə deyil, digər dövlətlərə və xalqlara qarşı da düşmənçilik siyasəti yürüdür. Rusiyanın hərbi cinayətləri, hitlerizmi xatırladan ideologiyası, islamofobiya, dini və milli ayrı-seçkilik siyasəti onun dəyişməz mahiyyətini bir daha ortaya qoyur.


Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Rusiya silahlı qüvvələrinin mütəmadi olaraq Ukraynadakı infrastruktur və enerji obyektlərini müxtəlif vasitələrlə bombalaması təccübləndirməyən hadisədir:


"Çox təəsüüf ki, yaxın günlərdə Ukraynadakı Azərbaycana məxsus enerji obeyktlərinə qəsdən hücum edilməsi də Rusiyanın ölkəmizə qarşı təhdid siyasətinin bir hissəsidir. Bu hadisənin bir neçədə də təkrarlanması isə onu deməyə əsas verir ki, Ukraynadakı enerji stansiyalarımızın vurulması Rusiya tərəfindən planlı şəkildə edilir.

Lakin Rusiya anlamalıdır ki, ölkəmizin enerji təhlükəsizliyinə qəsdən edilən hücum Azərbaycanla 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə birbaşa hörmətsizlik, eyni zamanda, mehriban qonşuluq münasibətlərimizə ziddir. İstənilən halda bu addım beynəlxalq hüquqa və Azərbaycan-Rusiya arasında imzalanan sənədlərin ruhuna ziddir və ölkələrimizin maraqlarına cavab vermir.  Azərbaycanın, ilk növbədə, Türkiyə, bundan əlavə, Avropa İttifaqı, Mərkəzi Asiya, Çin və ABŞ ilə tərəfdaşlıqlarının şaxələndirməsinə, regionda gələcəyə istiqamətlənən uzunmüddətli layihələrin həyata keçirilməsinə, ölkəmizin strateji təhlükəsizliyi və iqtisadi inkişafının və maraqlarının təmin edilməsinə Rusiya tərəfindən qısqanclıqla yanaşlır. Bu səbəbdən də Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamağa çalışan, bütün məsələlərin onun diktəsi ilə reallşmasını istəyən Rusiya Azərbaycana qarşı əlində olan bütün təsir vasitələrini işə salaraq, ölkəmizə yönələn qaraqressiv ritorika nümayiş etdirir".


Analitikin fikrincə, Rusiya bu addımlarla, həmçinin Azərbaycan ilə Ukrayna arasında energetika və humanitar sahələrdəki əməkdaşlığa da zərbə vurmaq niyyəti güdür:

"Əgər Rusiya Ukraynada Azərbaycanın maraqlarını hədəfə almağı, ümumilikdə isə ölkəmizə qarşı təhdid və təzyiqlərini davam etdirərsə, bu, ikitərəfli münasibətlərinin yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri