Icma.az
close
up
RU
Ukrayna Rusiya müharibəsinin tezliklə sülhlə nəticələnməsi az ehtimal olunur Politoloq

Ukrayna Rusiya müharibəsinin tezliklə sülhlə nəticələnməsi az ehtimal olunur Politoloq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qafar Çaxmaqlı bildirdi ki, bu ay ərzində belə bir görüşün keçirilməsi real görünmür:

"ABŞ-də Donald Trampın iştirakı ilə Zelenski ilə görüşdə qaldırılan məsələlər, həmçinin Avropa liderlərinin münasibəti göstərdi ki, müzakirə olunacaq mövzular hələ tam dəqiqləşməyib. Burada ərazi dəyişiklikləri və digər vacib məsələlər var ki, onların əvvəlcə Ukraynanın özündə müzakirəsi gözlənilir. Putin də hazırda bu görüşə tam hazır deyil. Əvvəllər “əvvəl atəşkəs, sonra sülh danışıqları” formulu irəli sürülürdüsə, indi artıq birbaşa sülh razılaşmalarının əldə olunması variantı müzakirə edilir. Hətta atəşkəs olmadan da müəyyən razılaşmalar mümkündür. Lakin görüşün nə vaxt keçiriləcəyi hələ bəlli deyil və bu prosesin ayın sonuna qədər baş tutması çətin görünür".

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsinin tezliklə sülhlə nəticələnməsi də az ehtimal olunur:

"Çünki Rusiya Ukraynanın ərazisinin təxminən 20 faizini, o cümlədən Krımı işğal edib və bu ərazilərdən geri çəkilmək niyyətində deyil. Ukrayna da güzəştə getmir. Moskva işğal etdiyi ərazilərin öz nəzarətində qalmasına çalışır. Vasitəçilik məsələsinə gəldikdə, ABŞ-ın prosesi irəlilətməsi və Rusiyaya hər hansı güzəşt etməsi də real görünmür. İki lider arasında görüş baş tutduqdan sonra vəziyyətə müəyyən aydınlıq gələ bilər. Amma yaxın perspektivdə müharibənin başa çatması gözlənilmir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri