Icma.az
close
up
RU
Ukrayna Rusiyanın bu şəhərini raketlə vurdu Ölənlər var

Ukrayna Rusiyanın bu şəhərini raketlə vurdu Ölənlər var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Taqanroq şəhərinə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı Ukrayna Silahlı Qüvvələri Taqanroq hava limanına altı ədəd ATACMS ballistik raketi atıb.

Müdafiə departamenti qeyd edib ki, iki raket “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Raket qalıqlarının düşməsi nəticəsində şəxsi heyət arasında itkilər olub. Dağıntı qeydə alınmayıb, lakin aerodromun texniki ərazisindəki iki binaya və üç hərbi texnikaya, eləcə də bitişik dayanacaqda mülki avtomobillərə qəlpələrdən cüzi ziyan dəyib./Teleqraf.com

seeBaxış sayı:28
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri