Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk 1 milyard dolları alıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk vəsaiti alıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
"Ukrayna ABŞ-dən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına 1 milyard dollar alıb. Bu, G7 təşəbbüsü çərçivəsində Rusiya aktivlərinin istifadəsi hesabına ABŞ-nin ayırmağa hazır olduğu 20 milyard dollar məbləğində vəsait çərçivəsində ilk tranşdır", - D.Şmıqal qeyd edib.
Baş nazir Ukraynanın qeyd olunan məbləğin qalan hissəsini nə vaxt alacağını dəqiqləşdirməyib.
Dekabrın 20-də məlum olub ki, Ukrayna Moskvanın dondurulmuş aktivləri hesabına vəsait almağa imkan verən sazişlər imzalayıb. D.Şmıqal qeyd edib ki, dondurulmuş aktivlərin istifadəsi mexanizmi çərçivəsində ABŞ-nin qarşıdan gələn töhfəsi hesabına Dünya Bankı tərəfindən geri qaytarılmayan qrant şəklində 1 milyard dollar ayrılacaq.
Xatırladaq ki, oktyabrda G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollar məbləğində kreditin ayrılmasının detalları ilə bağlı razılığa gəldiklərinə dair birgə bəyanat qəbul ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2024 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















